Vüqar Həşimovun adı əbədiləşdirildi

Vüqar Həşimovun adı əbədiləşdirildi
  27 Yanvar 2016    Oxunub:1921
Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib.
Mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirində təqdim ediləcək. Mükafatın qalibini jüri – ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək. “Fair-play” qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.

Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.

Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti