`Park Cinema`da filmlərin seansları - CƏDVƏL

`Park Cinema`da filmlərin seansları - CƏDVƏL
  11 Yanvar 2016    Oxunub:14966
Рark Cinema - kinoya getməyə həmişə əla bəhanədir
Delibal

Memarlıq oxuyan, hobbisi də musiqi olan Barış, fikri yalnız universiteti dərəcə ilə bitirib xaricdə təhsilinə davam etmək istəyən Füsuna aşiq olur. Barış çox çətinliklə Füsunu sevgisinə inandırır və evlənirlər, lakin bu nagıllara bənzər sevgi pozulur...

Sağ qalmış

Amerikanın Vəhşi qərbinin öyrənilməmiş fəzalarında ovçu Hyu Qlass ağır yaralanır. Hyunun yeni torpaqlar tədqiqatçıları bölümündən olan dostu Con Fisjerald onu satqıncasına təklikdə ölməyə qoyur. Indi Qlassın yeganə silahı onun iradəsidir. Sağ qalıb və Fisjeralddan qisas almaq üçün o, vəhşi təbiətə, sərt qışa və düşmən hindli qəbiləsinə güc gəlməlidir.

Dalğanın üstündə

Gənc FTB agenti, bir sıra misli görünməmiş və mürəkkəb, korporativ oğurluqlarında şübhələnən, ekstremal idman növləri idmançıları komandasına, daxil olur.

Stiv Cobs

Planetin ən görkəmli ağılı, Apple şirkətinin təsisçisi olan Stiv Cobsun həyat hekayəsi.

Süd Yolu

Andrey və Nadyanın nikahında nəsə qırılıb. Andrey Moskvaya yaşamağa yollanır, Nadya isə uşaqlarla İrkutstkda qalır. Yen il ərəfəsində ailə yenidən bir yerdə yığışır, lakin deyəsən sonuncu dəfə. “Boşanma” sözü aydın səslənir. 1 yanvar tarixində artıq hər şey həll olunmuşdu, lakin ailəni səhv addımdan zəncirvari gülməli, kədərli, qəribə və anlaşılmayan hadisələr saxlayır. Onlar bu sirli gecədə Olhon adasında yığışır və anlayır ki, keçmiş inciklikləri yaddan çıxarmaq asandır, həyatda isə bundan da vacib hadisələr var.

Krampus

Pis Milad bayramını keçirən oğlan, təsadüfən ailə evinə Milad iblisini çağırır

Xoxan

Azərbaycan müasir kino tarixinin ən çox izləyici sayına malik Xoxan bədii filmi sizin istəyinizlə yenidən kinoteatrlara qayıdır. Əgər siz hələ də Rəftar və Qəhrəmanın başına gələn hadisələrdən bixəbərsinizsə o zaman 31 dekabrdan kinoteatrlara tələsin. Xoxan bu dəfə sizlər üçün 2 dildə təqdim olunacaq. Orjinal Azərbaycan və yeni Rus dilli versiyada.

Düğün Dernek 2: Sünnet (Türkcə)

İlk filmdə oğlunu evləndirən İsmayıl, ikinci hissədə nəvəsini sünnət etdirmək təlaşına girir. Köhnə komanda bir araya gəlir, başlarına min-bir hadisə gəlir və sünnət toyu şəhər çapında bir hadisəyə çevrilir...

Snupi və xırda yekəqarın kinoda

“Yekəqarın xırda” komikslərinin sevimli qəhrəmanları Çarli Braun, Snupi, Lyusi, Linus və başqaları ilk dəfə böyük ekrana 3D - animasiyanın son nailiyyətləri ilə çəkilmiş tammetrajlı filmdə gəlirlər. Dünyanın ən yaraşıqlı iti, əla pilot Snupi əsas cani - Qırmızı Baronun dalınca inanılmaz hava macərasına yollanır. Bu zaman onun dostu Çarli Braunun əsl epik macəraları başlayır! Çarlz M. Şultsun komikslərinin qəhrəmanlarına əsaslanmış və “Buz Dövrünün” yaradıcıları tərəfindən icad edilmiş “Snupi və yekəqarın xırda kinoda” sübut edəcək ki, hətta ən balaca və “zəif” qəhrəman qalib ola bilər.

Balaca şahzadə

Balaca qız anası ilə böyük dünyada yaşayır, hansı ki qızın həyata hazır olduğunu əmin olmaq istəyir. Onun qonşusu Aviator, Balaca şahzadənin – hər şey mümkün olan dünyası ilə tanış edir.

Ulduz müharibələri: Gücün oyanması IMAX
Dart Veyder və İmperatorun ölümündən 30 il keçsə də, qalaktika hələ də təhlükədədir. Yeni Qayda dövlət qurumu başda sirli ali lider Snouk və onun sağ əli Kaylo Ren İmperiyanın yolu ilə gedərək hakimiyyəti ələ almaq istəyir. Bu çətin vaxtda tale cavan qız Rey və Yeni Qaydanın keçmiş hücumçusu Finni İmperiya ilə dava vaxtının qəhrəmanları olan Han Solo, Çubakko və Kraliça Leyanı bir araya gətirir. Birlikdə onlar Yeni Qayda ilə döyüşməlidirlər, lakin elə an gəlir ki, Snouk və Kaylo Renə yalnız cedaylar güc gələ biləcəyi aydın olur. Və qalaktikada yalnız bir nəfər sağ qalacaq...
Ali Baba ve 7 Cuceler (Türkcə)

Ali baba və 7 cırtdan haqqında maraqlı hekayə.

Oğlan evi

Təsəvvür edin, min əziyyətlə aldığınız evi sizdən başqa da kiməsə satıblar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhramanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti