“Qardaşının başına gələnlər Elşad Abdullayevin öz işidir”

“Qardaşının başına gələnlər Elşad Abdullayevin öz işidir”
  21 Fevral 2013    Oxunub:1646
Rasim İldırımzadə E. Abdullayevin yaydığı videonun şantaj olduğunu bildirib.
Rasim İldırımzadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən gün yaydığı videoya münasibət bildirib.

Bu barədə APA-ya açıqlama verən R. İldırımzadə qeyd edib ki, E. Abdullayevin yaydığı video şantajdır: “Bilirsiniz ki, bu adam çoxdandır, bir sıra videolar yayır, tək mənim deyil, bir sıra adamların adlarını hallandırır. Hamıya məlumdur ki, o adam özü cinayətkardır. Mən bir daha deyirəm ki, bu iddiaları qəbul etmirəm və həmin videolar şantajdır. Əgər sübutu varsa, gəlsin, bütün bu məsələlərə cavab versin. Elşad Abdullayev nəinki özünü, bütün Azərbaycanı dünyada biabır edib”.

R. İldırımzadə Mediforum-a bildirib ki, Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb: “Özü işin içindədir, qardaşının harada olduğunu bilir. Qardaşının başına gələnlər Elşad Abdullayevin öz əməlləridir”.

Qeyd edək ki, E. Abdullayevin dünən qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.




Teqlər:





Xəbər lenti