Bu gün keçirilən ağacəkmə kampaniyasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib və 24 mininci ağacı əkib. İcra başçısı bildirib ki, 450 hektar ərazisi olan Heydər Əliyev park-kompleksində həyata keçirilən aksiya ilin sonuna kimi başa çatacaq. Yeni əkilən ağaclar parkın ərazisini daha da gözəlləşdirəcək.
Elmar Vəliyev qeyd edib ki, 2016-cı ildə Gəncənin girişində, Nizami məqbərəsinin yaxınlığında 300 hektar ərazidə 100 min ağac əkiləcəkdir ki, bu da həmin sahədə böyük bir meşə massivinin yaranması deməkdir. Bütün bu proseslər 2016-ci ilin sonuna kimi başa çatdırılacaq.