Dövlət Departamentini çökdürdülər

Dövlət Departamentini çökdürdülər
  21 Fevral 2013    Oxunub:1646
Dünyanın ən təhlükəli kiber birliyi sayılan Anonymousun bu dəfəki hədəfi ABŞ Xarici İşlər Nazirliyinin rəsmi vəb səhifəsi olub.
Hücumdan sonra bir çox işçiyə aid gizli məlumatlar açıq şəkildə internetdə yayımlanıb.
ABŞ konsulluğunun və nazirilik nümayəndələrinin demək olar ki, hamısının adı, soyadı, elektron adresi, doğum tarixi və başqa gizli məlumatlar xaklanaraq açıq şəkildə həmin veb səhifədə yayımlanıb.
Anonimous onlayn qəzet və jurnalların daxili məlumatlarını pulsuz yayımladığına görə həbsə məhkum olunan internet aktivisti Aron Şvartzın ölümündə ABŞ hökümətini günahlandırır və onun özünə qəsd etməsindən sonra "Last Resort" adlı kiber hücumlar təşkil edib. Hələlik ABŞ Xarici İŞlər Nazirliyi bu hücumun sonuncu qurbanıdır.


Teqlər:  





Xəbər lenti