Braziliyalılar da `Təhminə və Zaur`a baxacaqlar

Braziliyalılar da `Təhminə və Zaur`a baxacaqlar
  04 Dekabr 2015    Oxunub:2792
Braziliyanın Rio Qrande do Sul ştatının Porto Aleqre şəhərindəki mötəbər "Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin ilk nümayişi başlayıb.
Nümayiş Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Nazirlikdən bildirilib ki, bu münasibətlə yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ölkəmizin zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.

Portuqal dilində altyazılarla "Buta”, "O olmasın, bu olsun”, "Təhminə”, "Çölçü”, "Dərvişin qeydləri”, "40-cı qapı” kimi, ümumilikdə, 14 Azərbaycan filmi nümayiş etdirilib. Filmlər yerli ictimaiyyətin böyük marağına səbəb olub və hər gün xeyli sayda tamaşaçı Azərbaycan filmlərini izləyib.

Bədii filmlərimizin Porto Aleqre şəhərində nümayişi milli mədəniyyət və kinematoqrafiyamızın Braziliyada təbliğ edilməsi, həmçinin Azərbaycan-Braziliya mədəni əlaqələrinin genişləndirilməsi baxımından vacib və uğurlu hadisə kimi səciyyələndirilə bilər.


Teqlər:  





Xəbər lenti