Ruslan Abışov milliyə çağırılmayıb

Ruslan Abışov milliyə çağırılmayıb
  10 Noyabr 2015    Oxunub:1789
Moldova millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik edilib.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb.

Ruslan Abışov zədəli olduğu üçün Moldova yığmasına qarşı oyunda iştirak edə bilməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti