Hindistanda yaşayış binası çökdü

Hindistanda yaşayış binası çökdü
  22 İyun 2013    Oxunub:1270
Hindistanda daha bir yaşayış binası çöküb.
Ölkənin ən sıx əhalisi olan şəhərlərindən biri Mumbayidə baş verən faciədə 10 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb. Məlumatlara görə 3 mərtəbəli bina şəhərin Thane istiqamətində yerlə bir olub. Bununla belə 35 illik tikilinin çökməsinin səbəbini mütəxəssislər hələki dəqiq söyləyə bilmir.

İlkin ehtimallara görə faciəyə Hindistanda günlərdir davam edən aramsız musson yağışları səbəbə olub. Qeyd edək ki, bu hadisə Mumbayidə son üç ayda baş verən yeganə hal deyil. İki həftə bundan əvvəl 5 mərtəbəli binanın yağışlardan sonra çökməsi nəticəsində 10 nəfər həyatını itirib.


Teqlər:





Xəbər lenti