Ruslar Şəkini belə təqdim etdi - VİDEO

Ruslar Şəkini belə təqdim etdi - VİDEO
  21 İyun 2013    Oxunub:1151
"Rossiya 24" telekanalında Şəki şəhərinə həsr olunmuş veriliş yayımlanıb
Verilişdə şəhərin qədim tarixindən və bənzərsiz koloritindən, şəhər sakinlərindən, onların qonaqpərvərliyindən və incə yumor hissindən söz açılır. Müəlliflər Şəkidə ipək və xalça istehsalı tarixinə toxunmuş, müasir avadanlıqla təchiz edilmiş ipək kombinatı barədə məlumat veriblər.

Rusiya telekanalının izləyiciləri hazırda otel funksiyalarını yerinə yetirən karvansaralarla, qədim diyarın turizm potensialı və nadir təbiəti, Şəkinin yaxınlığında yerləşən qədim alban kilsəsi ilə tanış olublar.

Verilişdə Şəki xanlığının və onun rəmzi olan Şəki Xan Sarayının tarixindən də danışılıb. Müəlliflər bildiriblər ki, Şəki Xan Sarayı Azərbaycan memarlığının ən yaxşı ənənələrinin təcəssümüdür.

Verilişdə yeməkləri özünəməxsus və əvəzolunmaz dadı ilə seçilən Şəki mətbəxinin zəngin ənənələri xüsusi vurğulanıb.

Səbinə Həsənova
AzVision.az



AzVision.az


Teqlər:  





Xəbər lenti