Polislər etirazçılara qoşuldu – VİDEO

Polislər etirazçılara qoşuldu – VİDEO
  21 İyun 2013    Oxunub:1218
Braziliyada bir neçə gündür etirazlar davam edir. Artıq etirazçıların sayı 800 min nəfəri keçib.
AzVision.az-ın The Huffington Post-a istinadən verdiyi məlumata görə, San Paulo şəhərindəki etirazlara qoşulanlar arasında polislər də olub. Altı nəfər polisin etirazçıların sırasına qoşulması nümayişçiləri sevindirib.

Qeyd edək ki, Braziliyada nəqliyyat vasitələrində gediş haqqının qaldırılması və dövlət büdcəsinin 2014-cü il Futbol çempionatına xərclənməsi etirazlara səbəb olub.



AzVision.az


Teqlər:





Xəbər lenti