Tibb işçiləri QİÇS-ə yoluxma riski daşıyır

Tibb işçiləri QİÇS-ə yoluxma riski daşıyır
  23 Oktyabr 2015    Oxunub:6846
Azərbaycanda son illər İİV (QİÇS)-ə yoluxanların sayı bir qədər artıb. Yoluxma ən çox risk qrupları arasında əsasən də inyeksion narkomanlar arasında yayılıb. Buna görə də istənilən şəxs narkomanlar tərəfindən istifadə olunmuş spirislər vasitəsi ilə yoluxma riski daşıyır. Buna görə də istifadə olunan şpiris və digər invaziv alətlərin dəri tamlığını pozub dəri altına keçməsi İİV-ə yoluxma riski daşıyır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov AzVision.az-a bildirib ki, İİV-ə yoluxmasından şübhələnən istənilən şəxs Post-kontakt terapiya vasitəsilə müalicə ala bilər.

Bu proqram 2006-ci ildən Azərbaycanda mövcuddur.

Onun sözlərinə görə, hər hansı bir şəxs kiminsə tərəfindən istifadə olunmuş alətlərdən, ineksiya vasitələri ilə dərisinin tamlığı pozulubsa o, 72 saatdan (3 gündən) gec olmamaq şərti ilə Naxçıvan, Şirvan, Quba, Lənkəran, Gəncə və Şəki Mərkəzi rayon xəstəxanalarının infeksion şöbələrinə, eləcə də Bakı şəhərində yerləşən Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər: “Post-kontakt terapiya yalnız vətəndaşın ineksion vasitə ilə zədələnməsindən 72 saat (3 gündən ) gec olmayanda mümkündür. Bu yaxınlarda bir həkimdə belə bir hadisə baş vermişdi. Narkomanı müayinə edəndə, xəstə üçün istifadə etdiyi iynə həkimin əlinə batıb. Belə hadisələr baş verdikdə həmin şəxsin qanı analiz edilir. Onu vaxt keçmədən qeydiyyata götürürük. Qısa müddətdə post-kontakt terapiyanı tətbiq edirik. Terapiya 28 gün davam edir və bütün dərmanlar pulsuzdur. Burada məqsəd dərmanları qəbul etməklə virusun bədənə yoluxma ehtimalını və virusun çoxalmadan qarşısını almaqdır”.



N. Zülfüqarov vurğulayıb ki, daha çox müraciət edənlər elə tibbi heyətdir. Çünki onlar daha çox xəstələrlə ünsiyyətdə olurlar. Şöbə müdirinin sözlərinə görə, tibb heyətinin QİÇS-ə yoluxma halının 0,3%-i iş yerinə baş verir. Bunlardan tibb bacıları 47%, həkimlər 34%, laboratoriya işçiləri isə 18% bu təhlükəyə məruz qalır: “Elə statistikadan da göründüyü kimi bizə müraciət edənlərin çoxu da tibb bacılarıdır. Həkimlər arasında isə cərrahlar, stomatoloqlar, ginekoloqlar daha çox müraciət edirlər. Ümumi beynəlxalq qiymətləndirmə cədvəlinə görə, ineksion vasitələrlə HİV- in keçmə ehtimalı 0,3%-ə, Hepatit C-nin keçmə ehtimalı 7%-ə, Hepatit B-nin keçmə ehtimalı 30%-ə bərabərdir”.



Şöbə müdirinin sözlərinə görə, Post –kontakt ART( Anti Retrovirus Terapiya) almaq səbəbi ilə 2013-cü ildə 9, 2014 cü ildə 10,nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzinə nüraciət edib ki, onların hamısı tibb işçisi olub. Bu ilin 9 ayının yekununa görə 9 nəfər müraciət edib və onlar post-kontakt terapiya alıblar.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti