Almanlar Merkelin istefasını tələb edir - Etiraz

Almanlar Merkelin istefasını tələb edir - Etiraz
  10 Oktyabr 2015    Oxunub:2401
Almaniyada sağ-mühafizəkarlar tərəfindən Federal hökumətin qaçqınlarla bağlı yürütdüyü siyasət əleyhinə mitinq keçirilib.
Aksiya zamanı ölkə kansleri Angela Merkelin istefası və eləcə də dövlətin miqrantlara dair siyasi kursunun dəyişdirilməsi tələb edilib.

Polisin məlumatına görə, AFD (Almaniyanın alternativi) hərəkatının təşkilatçılığı ilə Erfurt şəhərində təşkil edilən mitinqə 8 mindən çox aksiyaçı qatılıb.

Növbəti həftə sağ-mühafizəkarlar tərəfindən Erfurtla yanaşı, Maqdeburq şəhərində də genişmiqyaslı etiraz nümayişləri planlaşdırılır. (Azərtac)


Teqlər:





Xəbər lenti