Rusiya ABŞ-la danışıqlara başlayır

Rusiya ABŞ-la danışıqlara başlayır
  10 Oktyabr 2015    Oxunub:1616
Rusiya Suriyada hava zərbələri zamanı təhlükəsizlik məsələsinə dair ABŞ-la danışıqları davam etdirməyə razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya müdafiə nazirlikləri arasında Suriyada aviasiya qüvvələrindən istifadə ilə bağlı məsləhətləşmələrin növbəti raundu cari həftə sonu baş tuta bilər.

Danışıqların ABŞ və Rusiya aviasiyası arasında məsafə və rabitə zamanı hansı dildən istifadə edilməsi məsələlərini əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 30-da Suriyada terrorçuların obyektlərinə aviazərbələr endirməyə başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti