“Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır” - Səfir

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır” - Səfir
  07 Oktyabr 2015    Oxunub:1807
Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi qismində “NATO-Azərbaycan tərəfdaşlığının hazırki durumu və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Səfirlikdən AzVision.az- a verilən məlumata görə, tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşeləri, NATO-nun Cənubi Qafqaz üzrə ofisinin nümayəndələri iştirak edib. Dəyirmi masanı açan Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu NATO-Azərbaycan tərəfdaşlığının vacibliyini vurğulayaraq bildirib ki, ötən dövr ərzində Azərbaycanda bir sıra tədbirlər keçirilib:

“14-18 sentyabr tarixlərində NATO-nun Niderlandın Brunssum şəhərində olan Birgə Komandanlığı tərəfindən Bakıda "Psixoloji əməliyyatlar üzrə (PSYOPS) mobil təlim qrupu" tədbiri təşkil edilib. Sentyabrın 19-da Bakıda “Avropa şəhərciyi" təşkil olunub. Oktyabrın 7-də isə Azərbaycanda NATO günləri başlayıb. Sabah Rumıniya səfirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birlikdə NATO-Azərbaycan əlaqələrinə dair görüş təşkil edəcək”.

Rumıniya səfiri Azərbaycanın gənc nəsli arasında NATO dəyərlərinə marağın artdığını qeyd edib və bunun əlaqələrin gələcəkdə dərinləşməsi üçün möhkəm zəmin yaratdığını söyləyib

“Rumıniyanın diplomatik missiyası NATO-Azərbaycan əlaqələrini daha da irəlilətmək üçün ictimai diplomatiya tədbirlərini təşkil etməkdə davam edəcək. Bakı enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən bölgədə NATO üçün güclü və etibarlı tərəfdaşdır”.

Tədbirdə NATO-nun Cənubi Qafqaz ofisinin siyasi müşaviri Jiri Preklik NATO-nun Azərbaycanla bağlı siyasətindəki yeniliklər barədə məlumat verib.

NATO-nun Cənubi Qafqaz üzrə ofisinin hərbi müşaviri Maksimilian Eder NATO-Azərbaycan əlaqələrinin təhlükəsizlik sahəsindəki əməkdaşlığının əsas elementlərini təqdim edib.


Teqlər:  





Xəbər lenti