Rusiya ittihamlara cavab verdi - Türkiyə skandalı böyüyür

Rusiya ittihamlara cavab verdi - Türkiyə skandalı böyüyür
  06 Oktyabr 2015    Oxunub:2302
Rusiya Federasiyası Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidentə aydınlıq gətirib.
Məlumata görə, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.

“Belə halların təkrarlanmaması üçün bütün zəruri tədbirlər görülüb”-deyə Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilib.

NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər.

Qeyd edək ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən Türkiyənin hava məkanının ikinci dəfə pozulması olub.

XİN-in etdiyi açıqlama deyilir ki, Rusiyanın bu cür münasibəti davam etsə, o xoşaqəlməz nəticələrə görə özü cavabdeh olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti