Rusiyadan Polşaya ittiham: `II Dünya Müharibəsində günahkarsan!`

Rusiyadan Polşaya ittiham: `II Dünya Müharibəsində günahkarsan!`
  05 Oktyabr 2015    Oxunub:2205
Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa dövlətini II Dünya Müharibəsinə görə təqsirləndirib. O, Polşanın “TVN24” kanalına müsahibəsində deyib ki, “Polşa nasist birliyinə qarşı koalisiyaya qoşulmayıb, əksinə, o birliyi rədd edib”.

Səfir habelə qeyd edib ki, 1939-cu ildə SSRİ Polşaya çox yaxşı yanaşıb, əksinə, Polşa SSRİ-ni bir dost olaraq qəbul etməli idi.

Qısa müddətə Polşa xarici işlər nazirliyindən rus diplomatın fikirlərinə rəsmi cavab gəlib. Nazirlik bildirib ki, “Biz səfirin fikirlərinə etiraz edirik və bu düşüncələrin əksinəyik”.

Polşanın baş naziri Eva Kopakz də məsələyə münasibət bildirərək qeyd edib ki, “Polşada uşaqlar belə çox gözəl bilir ki, “Molotov-Ribbentrop paktı” Polşa ərazisində imzalanıb”.

Ukrayna münaqişəsi fonunda onsuz da gərgin olan Rusiya-Polşa əlaqələri Rusiya diplomatının ittihamından sonra daha da soyuqlaşmaya doğru getməkdədir.

Onu da qeyd edək ki, Polşa Ukraynadakı seperatçıları Rusiyanın dəstəklədiyini deyən ölklərdən biridir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti