Millət vəkilindən Belarus səfirinə sərt etiraz

Millət vəkilindən Belarus səfirinə sərt etiraz
  05 Oktyabr 2015    Oxunub:2380
“Belarusun Ermənistandakı səfiri İqor Nazarukun erməni saytlarından birinə verdiyi intervünü oxudum. Uzun zaman gömrük orqanlarında çalışmış bu adam ya diplomat kimi naşılığından, ya da özünə və haylara bəlli olan hansısa səbəbdənsə Qarabağla bağlı həddini aşan fikirlər səsləndirib. Onun deməyindən belə çıxır ki, əgər Qarabağ uğrunda savaş başlasa, ölkəsi işğalçı Ermənistanın yanında yer alacaq”.
AzVision.az xəbər verir ki, bu sözlər millət vəkili, tanınmış telejurnalist Sahib Alıyevə aiddir. O, fikrini belə davam etdirib:

“Ümid edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bizim dost gözündə gördüyümüz və bunun üçün gərəkən nə lazımdırsa etdiyimiz Belarusa Ermənistana yeni təyin olunmuş səfirlərinin Qarabğla bağlı dediklərinin yolverilməz olduğunu bildirəcək və məsələyə aydınlıq gətirlməsini tələb edəcək. Ona da ümid edirəm ki, gec də olsa Belarus rəhbərliyi səfir göndədikləri adamdan soruşacaq ki, Qarabağ uğrunda savaş başlasa biz, hansı əsasla Ermənistanın tərəfində vuruşmalıyıq? İkincisi, Nazaruka başa salınacaq ki, bir də Qarabağdan danışanda prezident Lukaşenkonun Azərbaycana etdiyi minnətdarlıqları xatırlasın.

“Belarusun müstəqilliyi və suverenliyinin qorunmasında əvəzsiz xidmət gösətərən” ölkə kimi Lukaşenko Ermənistanın yox, Azərbaycanın adını çəkirdi. Rusiya küncə dirəyəndə moskvadakıların qıcıqlanmasına baxmayaraq Belarusa 200 miyon dollar krediti Azərbaycan vermişdi, Ermənistan yox.

“Mən özəlliklə Azərbaycan və Gürcüstan prezidentlərinə təşəkkür edirəm. Onlar bizi Avropada ən aktiv müdafiə edən insanlardır” - bu sözləri də Aleksandr Lukaşenko Sərkisyan deyil, cənab İlham Əliyev haqqında deyirdi” - deyə Sahib Alıyev bildirib.


Teqlər:  





Xəbər lenti