Baş nazir seçkilərdə qalib gəldi

Baş nazir seçkilərdə qalib gəldi
  05 Oktyabr 2015    Oxunub:2055
Portuqaliyada bazar günün keçirilən seçkilərdə baş nazir Pedro Pasuş Koelyo və onun rəhbərlik etdiyi Sosial – demokratiya partiyası, həmçinin koalisiyaya daxil olan Xalq partiyası seçkilərdə qalib gəlib.
AzVision.az “Euronews”-a istinadən xəbər verir ki, koalisiya seçicilərin 36,8%-nin səsini toplayıb.

“Son illər ərzində ilk dəfə hakim koalisiya öz səlahiyyət müddətinin sonuna qədər hakimiyyətdə qalib, həmçinin onu yenidən seçiblər”, - deyə Baş nazirin müavini Paulo Portaş bildirib.

Seçicilər müxalif Lissabon meri Antoni Koştanın rəhbərlik etdiyi Sosializm partiyasına isə seçicilərin 32,4%-i səs verib. Koşta artıq məğlub olduğunu etiraf edib və bəyan edib ki, parlamentə keçən digər solçularla koalisiya yaratmayacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti