Moskvanın ən böyük stadionu yanır – YENİLƏNİB (VİDEO)

Moskvanın ən böyük stadionu yanır – YENİLƏNİB (VİDEO)
  05 Oktyabr 2015    Oxunub:3933
Rusiya paytaxtı Moskvada “Lujniki” idman konsert kompleksi yanır.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Xilasedicilər hadisə yerində yoxlamalara başlayıb”, - deyə agentliyə FHN rəsmiləri bildirib.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub.



***
15:35

“Lujniki” idman konsert kompleksi ərazisində yanğının qarşısı alınıb. AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin Moskva üzrə İdarəsi məlumat yayıb.

“Hadisə yerinə cəlb olunan yanğın-xilasedici dəstələr dərhal yanğının qarşısını alıblar” – deyə mənbə agentliyə bildirib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Yanğın meydançanın yağınlığında olan administrativ binada baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti