Merkel Nobel mükafatına namizəddir

Merkel Nobel mükafatına namizəddir
  05 Oktyabr 2015    Oxunub:1612
Bu həftə Oslo şəhərində kimlərin Nobel sülh mükfatına namizəd seçildiyi açıqlanacaq. Dekabr ayının 10-da isə konkret hansı şəxslərin bu mükafata layiq görüldüyü elan olunacaq.

Almaniyanın kansleri Angel Merkelin də ona verilmiş “Miqrant kansleri” adı ilə favorit namizədlər siyahısında olduğu deyilir. Nobel sahəsi üzrə ekspertlər bildirir ki, Angel Merkeli önə çəkən jestlərdən biri də Macarsıtandan qayıdan 10 000-ə yaxın mühaciri qəbul etməsi oldu ki, bu da Nobel sülh mükafatını qazanmaqda böyük bonsudur.

Qeyd edək ki, bu ilə olan siyahıda Rusiyaya məxsus “Novaya Qazeta”, Roma Papası Fransisk, İran və ABŞ-ın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Con Kerri də var.

Nobel sülh mükafatı Norveçdə (Oslo) təqdim olunacaq, dəyəri 8 milyon İsveç kronu, yəni 855 000 avrodur.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti