3 min İŞİD-çi Putinə görə Suriyadan qaçdı

3 min İŞİD-çi Putinə görə Suriyadan qaçdı
  05 Oktyabr 2015    Oxunub:3897
İraq və Şam İslam Dövləti (İŞİD), Cəbahet ən-Nüsra, Ceyş əl-Yarmuk terror təşkilatlarının 3 minə yaxın üzvü prezident Bəşər Əsədə sadiq qüvvələrin və Rusiya aviasiyasının hücumundan qorxaraq Suriyadan İordaniyaya qaçıb.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” hərbi mənbəyə istinadən xəbər verir.

Mənbənin bildirdiyinə görə, Suriya ordusu Dəməşq yaxınlığında, həmçinin Deyr-əz-Zor və Hama vilayətlərində terrorçuların mövqelərinə hücuma keçib. Əməliyyatlar nəticəsində təxminən 160 terrorçu məhv edilib. Yaraqlıların Suriya ordusuna məxsus “BMP”ni partladıb, bir neçə hərbçi yaralanıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti