Almaniya Tunisdə İŞİD-lə savaşacaq

Almaniya Tunisdə İŞİD-lə savaşacaq
  05 Oktyabr 2015    Oxunub:1900
Almaniya açıqlayıb ki, Tunisin köməyə ehtiyac duyduğunu, ölkədə çoxlu sayda İŞİD üzvlərin fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkəyə rəsmi səviyyədə yardım edəcək.

Kansler Angel Merkel Tunis prezidentilə müzakirə apraraq, öncə Almaniyanın Tunisdəki səfirliyində polis bürosunun yaradılmasını qərarlaşdırıblar. Birinci Alman polis dəstəsinin artıq Tunisdə olduğu, sentyabr və oktyabr aylarında isə 2 xüsusi komandanın ora gedəcəyi bildirilib. Alman polisinin Tunisdə görəcəyi başlıca işlər sırasına cinayətkarlıq, terrorizmlə mübarizə, qaçqınların Avropaya axını, həmçinin sərhədlərin mühafizəsi sahəsində əməkdaşlıq daxildir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti