PKK-ya qarşı əməliyyat: 1480 nəfər ələ keçirildi

PKK-ya qarşı əməliyyat: 1480 nəfər ələ keçirildi
  05 Oktyabr 2015    Oxunub:2913
Türkiyə ordusu 90 gün ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1480 PKK terrorçusunu zərərsizləşdirib.
Bu müddət ərzində 140 hərbiçi, polis və mühafizə xidmətinin əməkdaşı şəhid olub.

Terrorçuların törətdiyi partlayışlar və silahlı basqınlar zamanı 37 mülki şəxs ölüb, 464 nəfər yaralanıb. Ölkə daxilində keçirilən əməliyyatlarda 204 PKK terrorçusu öldürülüb, 123-ü həbs edilib.

Ümumilikdə 2799 nəfər terrorçuluqda və sabitliyin pozulmasında iştirakına görə və şübhəli şəxs qismində saxlanılıb.


Teqlər:





Xəbər lenti