`Bölgə dağıla bilər...` - Əsəd üzə çıxdı

`Bölgə dağıla bilər...` -  Əsəd üzə çıxdı
  05 Oktyabr 2015    Oxunub:2340
Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Suriya, Rusiya, İran və İraqın birləşdiyi koalisiya müvəffəqiyyət qazanmalıdır, "əks halda bütöv bölgə dağıla bilər".
Əsəd ABŞ rəhbərliyi altında yaradılmış koalisiyanı və həmin koalisiyanın Suriya və İraqda hava zərbələrini faydasız adlandıraraq tənqid edib.

Suriya prezidentinin təbirincə həmin zərbələr terrorun qarşısını almaq əvəzinə terrorun yayılmasına gətirir.

Bu arada, Suriyada hava reydlərini keçirməkdə davam edən Rusiya İD qrupu hədəflərinə növbəti zərbələr endirdiyini bildirib.

Lakin Suriyalı fəalların iddialarına görə, zərbələr fərqli qiyamçı qruplara endirilir.

İran dövlət televiziyasına müsahibəsində prezident Əsəd Suriya, Rusiya, İran və İraqın terror əleyhinə birləşdiklərini və "əməli nəticə" əldə edəcəklərini qeyd edib.

Opponentlərin qeyd etdiyinə görə, Suriyada vətəndaş müharibəsinin çözümü prezidentin vəzifədən getməsini də nəzərdə tutmalıdır.

Lakin prezident Əsəd bildirb ki, "Suriyanın siyasi sistemi və ya rəsmiləri barədə müzakirələr ölkənin daxili işidir".


Teqlər:  





Xəbər lenti