Şeytanlara qarşı mübarizə aparacağıq – Kadırov

Şeytanlara qarşı mübarizə aparacağıq – Kadırov
  02 Oktyabr 2015    Oxunub:2267
Çeçenistan rəhbəri Ramzan Kadırov İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə aparmaq üçün Suriyaya onun ölkəsindən hərbi dəstənin göndərilməsini istəyir.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən müsəlman, çeçen, Rusiya patriotu olaraq bəyan edirəm ki, 1999-cu ildə Respublika bu şeytanlarla dolu olduğu vaxt biz Qurana and içdik: Onların harada olmasından asılı olmayaraq biz həyatımızın sonuna qədər onlarla mübarizə aparacağıq”.

Mən sadəcə danışmıram, mən bizə ora getməyə və xüsusi əməliyyatlarda iştirak etmək üçün bizə icazə verilməsini istəyirəm”,

Kadırov, həmçinin Çeçenistanda hərbçilərin yüksək döyüş hazırlığı qabiliyyətini olduğunu da vurğulayıb.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti