Ermənistanda qərargah rəisi qəzaya düşdü

Ermənistanda qərargah rəisi qəzaya düşdü
  02 Oktyabr 2015    Oxunub:2108
Ermənistanın Tavuş rayonunda, Baqanis – İcevan şosesində yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 yaşlı Karen Ayrapetyanın idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan qum təpəciyinə çırpılıb.

Hadisə yerinə gələn xilasedicilər müxtəlif dərəcəli xəsarətlər alan zərərçəkəni Noemberyan rayon xəstəxanasına çatdırıblar.

Məlumata əsasən, Karen Ayrapetyan Müdafiə Nazirliyində hərbi hissələrdən birində qərargah rəisi işləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti