7 ölkə Putinə qarşı çıxdı

7 ölkə Putinə qarşı çıxdı
  02 Oktyabr 2015    Oxunub:6720
Türkiyə XİN-i Fransa, Almaniya, Qatar, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya və ABŞ rəhbərliklərinin birgə bəyanatını yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda 7 ölkə Rusiyadan Suriya müxalifətinə hücumları dayandırmağı və diqqəti “İraq və Şam İslam Dövləti” yaraqlıları ilə mübarizədə cəmləməyə səsləyib.

“Rusiya hərbçilərinin Suriyada olması və Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) ötən gündən etibarən dinc sakinlərin ölümü ilə nəticələnən Hama, Homs və İdlib rayonlarına aviazərbələr endirməsindən dərin narahatlıq keçiririk. Bu aviazərbələr İŞİD mövqelərinə endirilməyib. ”

Rusiya rəhbərliyi isə aviazərbələrin yaraqlıların mövqelərinə endirilməməsinə dair xəbərləri təkzib edir və belə xəbərlər informasiya müharibəsinin bir hissəsi olduğunu hiss edirlər.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti