Miqrant düşərgəsində kütləvi dava

Miqrant düşərgəsində kütləvi dava
  01 Oktyabr 2015    Oxunub:1380
Almaniyanın Leypsiq şəhərində yerləşən miqrant düşərgəsində kütləvi dava faktı qeydə alınıb.

AzVision.az-ın “Frankfurter Allgemeine Zeitung”a istinadən verdiyi məlumata görə, Almaniyanın Laypsiq şəhərində 1800 nəfər mühacirin yerləşdirildiyi sığınacaqda miqrantlar arasında kütləvi dava olub.

İki həftə bundan öncə Laypsiq şəhərində sərgi üçün nəzərdə tutulmuş zala yerləşdirilən və müxtəlif ölklərdən olan miqrantlar arasında əvvəlcə yaxşı münasibət olub, lakin sonradan belə bir xoşagəlməz hal meydana çıxıb. Əfqanıstan və Suriyadan olan 100-200 nəfər qaçqın arasında baş verən kütləvi qarşıdurma sonda böyük bir davaya çevrilib.

Alman polisi kütləvi davanın səbəblərini araşdırmaqdadır və yaranmış problemlə əlaqədar polis 7 nəfər əfqanı şübhəli qismində həbs edib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti