Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
  01 Oktyabr 2015    Oxunub:1892
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Səfər oktyabrın 7-dək davam edəcək.


Teqlər:  





Xəbər lenti