Rusiya Suriyada hərbi əməliyyatlara başladı

Rusiya Suriyada hərbi əməliyyatlara başladı
  30 Sentyabr 2015    Oxunub:2207
Rusiya təyyarələri Suriyadakı hədəflərə ilk aviazərbələr endirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata əsasən “Su-24” tipli təyyarələr Latakiyadakı aviabazadan havaya qalxıblar.

Təyyarələr Dəməşqdən 213 kilometr şimalda yerləşdirilən Xama şəhəri ərazisinə endirilib. Daha əvvəl Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubda ondan hərbi dəstək istəyib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər:





Xəbər lenti