Azərbaycanı İŞİD-lə müharibəyə dəvət etdilər

Azərbaycanı İŞİD-lə müharibəyə dəvət etdilər
  30 Sentyabr 2015    Oxunub:3527
Rusiya Baş Qərargahının sabiq rəisi Yuriy Baluevskiy hesab edir ki, MDB məkanının bəzi dövlətləri Rusiya tərəfindən İraq və Şam İslam Dövləti (İŞİD) qarşı başladılacaq əməliyyatlara qoşula bilərlər. Çünki onlarda rəsmi Moskva kimi terrorçulara qarşı mübarizə aparmaqda maraqlıdırlar.
Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

“Niyə bu ölkələr İŞİD-ə qarşı başladılan əməliyyatlardan kənar qalmalıdılar? Onlarda İŞİD-in məhv edilməsində maraqlıdırlar. Çünki bu təşkilat da onlar üçün təhlükə yaradır”, - deyə Baş Qərargahın sabiq rəisi bildirib.
Onun sözlərinə görə, belə əməliyyatların potensial iştirakçısı kimi Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan ola bilər.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti