Oyun dəyişdi: Obama Əsədin getməsini istəmir

Oyun dəyişdi: Obama Əsədin getməsini istəmir
  30 Sentyabr 2015    Oxunub:2660
ABŞ Suriya prezidenti Bəşər Əsədin dərhal istefa verməsi tələbindən imtina edib və bu ölkədə hakimiyyətin mərhələli şəkildə təhvil verilməsini istəyir.
AzVision.az xəbər verir ki, bu barədə “CNN”-ə müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Dövlət katibi vurğulayıb ki, Suriya münaqişəsini sünniləri ölkənin siyasi həyatına i cəlb etmədən yoluna qoymaq mümkün deyil. Bu da müəyyən vaxt tələb edir. Əsədin dərhal istefa verməsi Suriyada vətəndaş institutlarının dağılması ilə nəticələnə bilər.

Kerri, həmçinin Rusiyanın Suriya münaqişəsinin həllində iştirak edə biləcəyini də diqqətə çatdırıb.

Dövlət katibi eyni zamanda bəyan edib ki, əgər rəsmi Moskva Suriyada Əsədin ələvi hakimiyyətini dəstəkləməyə davam etsə, onun əhalisinin böyük əksəriyyəti sünnilər olan Yaxın Şərq ölkələri ilə problemləri ola bilər: “Bu o, anlama gəlir ki, o, (Rusiya) həmçinin cihadçıların hədəfi ola bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti