Ohanyan Martirosyanın qayınanasını işdən qovdu

Ohanyan Martirosyanın qayınanasını işdən qovdu
  30 Sentyabr 2015    Oxunub:2111
Ermənistandan qaçaraq Azərbaycana sığınan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın qayınanası işlədiyi hərbi hospitaldan çıxarılıb.
Bu barədə AzVision.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən Vaanın qayınanası Anait Qasparyan sentyabrın 17-də Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalındakı işindən qovulub.

“Onun kürəkəni və qızının Azərbaycana qaçdığı məlum olduğu vaxt hospital rəhbərliyi məlumatı təsdiqlədikdən sonra Qasparyanı işdən çıxarılması barədə məlumatlandırıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti