Biz nədən qurtulmuşuq

Biz nədən qurtulmuşuq
  15 İyun 2013    Oxunub:4122
Əgər Azərbaycanın ən müasir tarixindəki önəmli günləri xalqın və dövlətin taleyində oynadıqları rolun böyüklüyünə görə sıralasaq, ilk yerə hansı günü qoymaq daha düzgün olar? Əlbəttə, sual bir qədər ritorikdir, üsəlik, yəqin mübahisə etmək istəyənlər də tapılacaq, amma böyük ehtimalla bu, Qurtuluş Günü olmalıdır. Çünki məhz həmin Gün Azərbaycan dövlətini əsl dövlət, xalqını isə əsl xalq olmağa qoymayan naqisliklədən qurtuluş prosesi başladı.

Bu günə qədər “biz nədən qurtulmuşuq” sualı da çox səslənib, ona cavablar da az verilməyib. Və bu cavabların da çox olmasının səbəbi var – çünki ölkə doğrudan da çox şeydən qurtuldu. Həm də məişətdən tutmuş, dövlət idarəçiliyinə qədər.

“Nədən qurtulduq” sualına cavab vermək üçün Azərbaycanın ən müasir tarixini şərti olaraq iki yerə - Qurtuluşa qədərki və Qurtuluşdan sonrakı hissələrə ayırmaq, indi ilə ondanı müqayisə etmək və anlamaq lazımdır ki, bizim bu gün bu yerə gəlməymizin səbəbi tarixin həmin yolayrıcında etdiymiz dönüş olub.

O dönüşlə biz dövlətin qeyri-peşəkar insanların əlində oyuncaq kimi qalmasından qurtulduq - ən böyük təhlükə məhz bu idi; ölkənin hər tərəfindən qabaran separatçılıqdan qurtulduq; qarşısını heç kimin ala bilmədiyi savaşdan qurtulduq; Azərbaycanın bölgədə və dünyada yaşadığı kiçiklik sindromundan qurtulduq; insanların öz dövlətinə inamsızlığından, öz hakimiyyətinə sayğısızlığından qurtulduq...

Bəli, Azərbaycan müstəqilliyini qazanandan sonra bu, paradoksal da olsa, insanlarda öz gələcəyinə inam yox, inamsızlıq yaratmışdı. Çünki cəmiyyət o müstəqilliklə nə edəcəyini bilmirdi. Nə edəcəyini bildiyin halda azadlıq sərvətə, bilmədiyin halda yükə çevrilir. Ona görə də, Azərbaycan xalqının qazandığı müstəqillik onun üçün ağır, daşıya bilmədiyi, altında əzildiyi bir yükə çevrilmişdi. Qurutuluş günü o müstəqilliyin bizə yük olması qurtarıb, sərvətə çevrilməsi prosesinin əsası qoyuldu. Və o sərvətin nəticəsini biz bugünkü Azərbaycana baxanda görürük.

Müstəqilliyin ilk illərində vaxtilə “azadlıq” tələbilə meydanlara axışan insanların demək olar ki, hamısında «istədiyimiz bu deyildi» peşmançılığı var idi. Biz qurtuluş günü həmin peşmançılıqdan qurtulduq. Arzuladığı müstəqillik xalq üçün firvanlıq, öz taleyinə sahib çıxmaq, inkişaf, qayda-qanun demək idi; aldığı müstəqillki isə ona xaos, kasıbçılıq, qanunsuzluq, ümidsizlik gətirmişdi. Qurtuluş günündə Azərbaycan xalqının aldığı dağıdıcı müstəqillikdən qurtulub, arzuladığı qurucu müstəqilliyə doğru getməsi prosesinin əsası qoyldu.

Yəni məhz qurtuluş prosesinin başlanması ilə müstəqillik tamamlandı, öz məntiqi nəticəsinə qovuşdu. Biz həmin gün öz müstəqilliyimizin natamam və yarımçıq qalmasından qurtulduq. Dövləti yenidən itirmək perspektivindən qurtulduq.

Milli Lider Heydər Əliyevin hakimiyyətə qayıdandan sonra dediyi «Mən ya Azərbaycan dövlətini gücləndirəcək, ya da bu yolda şəhid olacağam» sözləri də göstərir ki, o, Azərbaycanı qurtarmağa öz həyatının missiyası kimi baxırdı. Və bunu bacardı. Əgər qayıtmasaydı və ya bacarmasaydı, indi “Biz axı nədən qurtulmuşuq” sualını verənlər o sualı verməyəcəkdilər. İndi onlar yazıq və mağmın halda “Biz axı nə vaxt qurtulacağıq” sualını verməkdə idilər.

Vüsal Məmmədov


Teqlər:





Xəbər lenti