“İcra hakimiyyətləri də elektron hökumətə qoşulacaq”
“Bunlardan da biri biləvasitə “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi” və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasıdır. Məhz bu proqram çərçivəsində yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi, portala qoşulması və digər bu kimi msələlərin həlli gözlənilir”.
E.Vəlizadə qeyd edib ki, ölkədə Elektron hökumət portalı artıq fəaliyyətdədir və gündən-günə onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Onun sözlərinə görə, nəzərdə tutulduğu kimi, 40 mərkəzi icra hakimiyyəti orqanı bu portalala qoşulub.
“Təqribən bu qrumlar tərəfindən 217 elektron xidmət hal-hazırda vətəndaşlarımıza göstərilir. Statistikamız onu göstərir ki, vətəndaşlar bu xidmətlər çox böyük maraq göstərirlər. Gündən günə də elektron hökumət portalna daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parolların alanların, elektron iza alan şəxslərin, biləvasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artmaqdadır”-deyə nazir müavini vurğulayıb.
Anar