Moskvada azərbaycanlı milyonçu saxlanıldı

Moskvada azərbaycanlı milyonçu saxlanıldı
  14 Avqust 2015    Oxunub:3307
Rusiyanın Şeremetova hava limanında Gömrük ittifaqının gömrük sərhədindən qanunsuz yolla 1 milyon 701 min 300 ABŞ dolları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə AzVision.az `Rosbalt` agentliyinə istinadən xəbər verir.

Rusiya Federal Gömrük Xidmətinin yaydığı məlumata görə, gəliş zalının `qırmızı dəhlizi`ndə gömrük inspektoru Dubay reysi ilə sərnişini saxlayıb. Sərnişin gömrük inspektoruna nağd halında 1 milyon min 300 dollar aparmağa icazə verən gömrük bəyannaməsini təqdim edib. Bəyannamədə göstərilməyən nağd vəsaitin həcmi 700 min ABŞ dollar olub ki, bu da gömrük qanunvericiliyində icazə verilən məbləğdən 5 dəfə çoxdur.

Azərbaycan vətəndaşı haqqında nağd pul vəsaiti və alətlərinin qaçaqmalçılığı üzrə cinayət işi başladılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti