“28 May”ın əsas çıxışı bağlanacaq

“28 May”ın əsas çıxışı bağlanacaq
  10 İyun 2013    Oxunub:2386
Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.

Bakı Metropolitenin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti