Nazirliyə daxil olan şikayətlərin sayı açıqlanıb

Nazirliyə daxil olan şikayətlərin sayı açıqlanıb
  10 İyun 2013    Oxunub:1134
Şikayətlər barədə müvafiq tədbirlər görülüb
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə bu ilin may ayı ərzində 401 müraciət daxil olub.

Daxil olmuş müraciətlərin 279-u (18-i əsaslı, 191-i isə əsassız, 70-i cari problemlərlə bağlı şikayət), 13-ü - aidiyyəti üzrə deyil, 109-u sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti