Rusiya ilə strateji əməkdaşlığın vaxtıdır - TƏHLİL

  10 İyun 2013    Oxunub:3147
May ayı ərzində Azərbaycanın Rusiya ilə münasibətləri xeyli yaxşılaşdı. İki ölkə arasında münasibətlərdə olan gərginlik aradan qalxdı, əvvəlkindən daha yaxşı vəziyyət yarandı:

ı) Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini kəskin şəkildə Azərbaycana tərəf dəyişdi. S.Lavrov status-kvonun Rusiya, o cümlədən hamı üçün qəbul edilməz olduğunu bildirdi, Ermənistandan Azərbaycanın torpaqlarını geri qaytarmağı tələb etdi və bununla da Ermənistanın blokadadan çıxacağını bildirdi. Bunun Ermənistan və Azərbaycana, həm də Dağlıq Qarabağda yaşayanlar üçün faydalı olacağını bildirdi.
Dağlıq Qarabağın adını hətta subyekt kimi də hallandırmayan RF-in nəzərində Qarabağın müstəqilliyi və ya Ermənistana birləşməsi absurddur.

KTMT-nin Bişkekdə keçirilən iclasında qəbul edilən sənədlərdə Dağlıq Qarabağ tənzimlənməsinə dair maddə salındı. Həmin maddəyə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, beynəlxalq aləmdə qəbul olunmuş sənədlər, Helsinki Yekun Aktının üç məlum (1- güc tətbiq etməmək; 2-ərazi bütövlüyü; 3- millətlərin öz müqəddəratını təyin etmə prinsipləri) prinsipi əsasında və mümkün qədər sürətlə tənzimlənməlidir. KTMT-nin bu mövqeyi təşkilata üzv Ermənistanın deyil, üzv olmayan Azərbaycanın maraqlarına daha çox cavab verir. Ermənistan KTMT-nin üzvüdür və bu qurumda qərarlar konsensusla qəbul olunur. Bu səbəbdən KTMT sənədində Dağlıq Qarabağ tənzimlənməsinə dair yuxarıdakı məzmunlu maddənin olmasını Rusiyanın aşkar təsiri ilə izah etmək olar;

ıı) Rəsmi Moskva ilə rəsmi Bakı arasındakı son təmaslarda Azərbaycanın MDB məkanındakı inteqrativ layihələrə qoşulması mövzusuna qətiyyən toxunulmur. Gömrük İttifaqı, Avrasiya İqtisadi Komissiyası kimi inteqrativ layihələr Rusiyanın MDB məkanındakı siyasətinin ən aktual tərkib hissələridir. MDB dövlətlərilə görüşdə bu məsələ Rusiya tərəfindən birinci olmasa da, ikinci-üçüncü sırada müzakirə olunur. RF xarici işlər naziri S.Lavrov Moskvada Azərbaycan xarici işlər naziri ilə keçirdiyi görüşdə isə Azərbaycanın inteqrativ layihələrdəki iştirakına qətiyyən toxunmadı. Görünür, Rusiya Azərbaycanla bağlı siyasətində gündəmi dəyişib. İnteqrativ layihələrin mövcudluğu ilə hazırlanmış gündəlik Rusiya-Azərbaycan münasibətlərini xeyli gərginləşdirmişdi;

ııı) Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşündə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın Rusiya təmsilçisinə verdiyi səslərin oğurlanması mövzusu ciddi şəkildə müzakirə olunsa da, sonradan bu mövzu “unuduldu”. Bu unudulmada mövzunu aktiv şəkildə gündəliyə gətirən S.Lavrovun da rolunu ehtimal etmək olar. Rusiya bu insidentdən Azərbaycanın əleyhinə iki istiqamətdə istifadə edə bilərdi:
- birincisi, Azərbaycanın imicinə ciddi zərbə vura bilərdi. Azərbaycan bu vaxta kimi beynəlxalq miqyaslı xeyli layihələr reallaşdırmış və bundan sonra da reallaşdırmağa (o cümlədən Bakıda ikinci dəfə “Avroviziya” mahnı müsabiqəsi keçirməyə) iddialıdır. Rəsmi Moskva bu mövzunu uzatmaqla Azərbaycanı beynəlxalq layihələrin, o cümlədən “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsində qeyri-ciddi tərəfdaş kimi təqdim edə bilərdi;
- ikincisi, Rusiya bu mövzunu siyasiləşdirib özünün Azərbaycan üzərində gücünü nümayiş etdirə bilərdi. Başqa sözlə, RF Avropaya göstərə bilərdi ki, o, istənilən anda Azərbaycanın qərarlarına, o cümlədən avrointeqrasiya siyasətinə təsir edə bilər. RF-in bu istiqamətdəki siyasətinə qarşı Azərbaycanın təpki verməsi iki ölkə münasibətlərini əvvəlkindən daha pis vəziyyətə sala bilərdi. Rəsmi Moskva bunları başa düşdü və müsabiqədə Azərbaycan xallarının itməsi məsələsini unutdu. Həm də Azərbaycanın 20% torpaqlarının işğal olunmasına göz yuman, onun işğaldan azad olunmasının qayğısına qalmayan Rusiyanın özünün 10 xalı uğrunda belə mübarizə aparması da mənəviyyat baxımından çətin izah olunur;

ıv) rəsmi Moskva Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasının başa düşülən, düzgün izahını verdi. Bunu Qəbələ RLS-in icra müqaviləsinin müddətinin uzadılmamasının RF tərəfindən Azərbaycana qarşı istifadə olunmayacağının aydın mesajı kimi qəbul etmək olar;

v) rəsmi Moskva Azərbaycana silah satışını dayandırmadığını bildirdi. “RosOboronEksport” Azərbaycanla bağlanmış müqavilə öhdəliklərinin razılaşdırılmış qaydada reallaşdırıldığını rəsmi şəkildə bildirdi;

vı) Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya danışıqları başlandı. Azərbaycan tərəfdən nümayəndə heyətinin görüşdən sonra yaydığı məlumata görə, müzakirələr sağlam və konstruktiv keçmişdir;

vıı) Bakı-Novorossiysk kəməri ilə Azərbaycanın neftinin nəqli müqaviləsi dayandırılsa da, yeni müqavilənin hazırlanması barədə danışıqlar başlandı;

vııı) Rusiya Ermənistan ərazisindən uçan erməni nazirin vertolyotuna atəşin açılması xəbərinə zərrə qədər reaksiya vermədi. E.Məmmədyarovun Moskvaya səfəri ərəfəsində erməni mətbuatı Ermənistan müdafiə nazirinin vertolyotuna Azərbaycan tərəfdən atəş açılması barədə məlumat yaymışdı. Bu hadisənin mühüm ərəfədə Rusiyanın reaksiyasını yoxlamaq məqsədilə olunduğunu istisna etmirik, lakin Ermənistanın da RF-lə Azərbaycanı qarşı-qarşıya qoymaq üşün belə məlumat yaymaqda maraqlı olduğunu unutmuruq.
Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə ən çox Ermənistan ehtiyac duyur. Ermənilərin ruslara qarşı ən haqsız münasibət nümayiş etdirdiyi, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırdığı, S.Sərkisyanın V.Putinlə görüşdən aşkar şəkildə yayındığı, Ermənistanın müstəqillik günündə uçuşlar həyata keçirən RF qırıcı təyyarələrinin Yerevan səmasını Ermənistan bayrağına deyil, Rusiya trikoloruna boyadığı bir zamanda da ermənilər Rusiya-Azərbaycan münasibətlərini Rusiya-Ermənistan münasibətlərinə nisbətən daha gərgin göstərmək istəyirlər. Erməni rəsmiləri, siyasətçiləri və ekspertlərinin uzun illər boyu apardıqları siyasət Ermənistan cəmiyyətində qeyri-normal zövq və ya düşüncə tərzi yaratmışdır. Ermənistan xalqının siyasi ehtiyaclarını ödəmək üçün bu xalqın tarixi, Ermənistan hakimiyyətinin uğurları barədə miflər yetərli deyil. Bunu erməni siyasətçiləri başa düşürlər. Ona görə də Rusiyanın Ermənistana aşkar təzyiqləri fonunda da çalışırlar ki, Rusiyanın Ermənistana dost olduğunu təbliğ etsinlər.

Ən vacib isə odur ki, erməni siyasiləri öz xalqlarına Rusiyanın Azərbaycana düşmənçilik etməyə hazırlaşdığını inandırmağa çalışırlar: Rusiya Qarabağı Azərbaycana qaytarır, düşmənçilik edir; Rusiya KTMT-ni azərbaycanpərəst bəyanat verməyə təhrik edir, düşmənçilik edir; Rusiya Azərbaycana müasir hərbi vertolyotlar satır, düşmənçilik edir; Rusiya Qəbələ RLS mövzusunu qapayır, düşmənçilik edir. Bir az bundan əvvələ kimi ermənilər hərbi təchizatlarındakı qüsurları sözlə doldurmağa çalışırdılar. İndi Rusiya ilə münasibətlərindəki problemləri də ritorika ilə örtməyə çalışırlar.

Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini Azərbaycana tərəf ciddi sürətdə dəyişməsinin iki mənbəyi var:
- birinci mənbə ABŞ-ın Qarabağ tənzimlənməsində Türkiyəyə kart blanş verməsidir. ABŞ-ın bu addımı Dağlıq Qarabağ münaqişəsi ətrafında rəqabətlilik mühiti yaratdı. Rusiya başa düşdü ki, Qarabağ münaqişəsini ABŞ və Türkiyə tənzimləyəcəklər. ABŞ və Türkiyənin bütün variantlardan istifadə etməyə və bütün variantlarda Rusiyanı udmağa imkanları vardır. Rusiya Qafqaz regionunda başlayacaq müharibənin özü üçün faciəvi nəticəsini bilir. Bu kontekstdə RF Qarabağ tənzimlənməsində özünü qabağa saldı. İndi Qarabağ tənzimlənməsi ilə məşğul olacağı təqdirdə, o, özünü Azərbaycanın tərəfdaşı kimi göstərə bilər. Münaqişəni ABŞ və Türkiyə tənzimləyəcəklərsə, Azərbaycan RF-in deyil, onların yanında olmalı idi;

- ikinci mənbə Ermənistanın Rusiya istiqamətində apardığı səhv siyasətdir. Ermənistan Rusiya ilə özünü strateji müttəfiq kimi göstərərək, əslində Qərb tərəfdən təyin olunmuş Rusiya müttəfiqi kimi davranırdı. Ən azı, Rusiya Ermənistanı sınamaq üçün müəyyən təzyiq elementlərindən istifadə etməli idi. Ermənistan Rusiyaya strateji müttəfiq deyərək, Qərbə inteqrasiya siyasəti aparırdı. Ölkədaxili qanunvericiliyi tamamilə Aİ standartlarına uyğunlaşdırmaqla Aİ ilə vahid hüquqi müstəviyə daxil olmaq istəyirdi.
Ermənistanın Gömrük İttifaqına üzvlülüyü Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətini dəyişməyəcəkdir, çünki Rusiyanın mövqeyinin yenidən ermənipərəst olması onun itki ilə üzləşməsinə səbəb olacaqdır: Rusiyanın tənzimləmədən imtinası münaqişənin tənzimlənməməsi deyil. Belə ki, ABŞ və Türkiyə var. O da nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistan üzərində təzyiq imkanlarına malik olması, başqa sözlə, Ermənistanın Rusiyanın təzyiqləri qarşısında geri çəkilməsi bəlləndi. Ən azı, Azərbaycanda bunu bildilər. Bundan sonra Rusiya “ermənilər mənə qulaq asmır” deyə bilməyəcək. Bu, Azərbaycan-Rusiya münasibətlərində yeni keyfiyyətdir.

Rusiya-Azərbaycan münasibətlərinin düşmənçiliyə yuvarlanmasının bəzi istehlakçıları Azərbaycan Respublikasının daxilindədir. Ölkəmizdəki bəzi siyasi qruplaşmalar daha çox xarici qüvvələrə yarınmaq məqsədilə antirusiya mövqe nümayiş etdirirlər. Azərbaycanda indi antirusiyaçılığa ən çox meyl edən İrandır. Qərb və Türkiyənin Azərbaycanda RF-in maraqlarına balanslı mövqeyi formalaşıb və bu balansın əsaslı şəkildə pozulmasına ciddi cəhdləri hələ ki görünmür. Bəzi mətbu orqanları özbaşına ardıcıl antirusiya təbliğatı aparırlar. Hər halda Azərbaycandakı antirusiyaçılığın idarəolunması zəruri məsələlərdən biridir. Keçmiş SSRİ-nin dünyanın digər regionlarındakı maraqlarından imtina edən müasir Rusiya MDB məkanında öz maraqlarını daha da gücləndirməyə çalışır. Belə dövrdə Rusiya ilə əsassız düşmənçiliyin ziyanından başqa fayda yoxdur.

RF prezidenti V.Putinin Respublika günü ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təbrik məktubu ünvanladı. Diqqətçəkən məqam orasındadır ki, Ermənistan da eyni tarixdə “Respublika günü”nü qeyd etdiyini elan etsə də, Rusiyadan heç kim təbrik etmədi. RF prezidenti V.Putinin Azərbaycan Prezidentinə təbrik göndərməsi təmasın bir formasıdır. Hər halda bəzi ermənipərəst qüvvələr yaxınlarda Azərbaycan və Rusiya prezidentlərinin görüşündən daha ciddi narahat ola bilərlər.

Rusiya-Azərbaycan münasibətlərini 52 milyonluq Azərbaycan xalqı və 110 milyonluq Rus xalqının strateji əməkdaşlığına çevirməyin vaxtı çatıb. Heydər Əliyev kursunun ən böyük uğurlarından biri ondan ibarətdir ki, o, Rusiya-Azərbaycan münasibətlərinin düşmən münasibətləri kimi görünməsinə imkan vermədi. İndinin özündə də ABŞ və digər Qərb dövlətlərindən gələnlər ilk növbədə Azərbaycan-Rusiya münasibətləri ilə maraqlanırlar. Rusiya ilə düşmənçilik edən dövlətlərə Qərb yaxın durmayacaq. Gürcüstan təcrübəsi buna ən yaxşı misaldır.

Azərbaycan RF-in təqdim etdiyi Gömrük İttifaqı, Avrasiya İqtisadi Komissiyası kimi inteqrativ layihələrdə iştirakdan qətiyyətlə imtina etməlidir. Avrasiya İqtisadi Komissiyası dövlətüstü qurumdur, keçmiş SSRİ Nazirlər Sovetinin promodelidir. Bu qurumlar Azərbaycanın iqtisadi və siyasi suverenliyini məhdudlaşdıracaq. Bununla da Azərbaycanın əldə etdiyi uğurlar aradan qalxacaq və hər şey Rusiyanın adı ilə bağlanacaq. Rusiya Azərbaycanı işğalçı Ermənistanı yenidən maliyyələşdirməyə məcbur edə biləcəkdir. Lakin Rusiyanın MDB məkanında dəstəklədiyi inteqrativ layihələrin bəziləri ilə real tanışlıq tamam ayrı mənzərə yaradır; KTMT-ni qorxunc hərbi-siyasi struktur kimi təsvir edilir. Azərbaycan ərazisində KTMT və ya Rusiya hərbi baza yerləşdirməyəcəksə, bu təşkilatla dərin əməkdaşlıq, hətta üzvlük Azərbaycana fayda verə bilər. Rusiya ilə əməkdaşlıq İranı nəinki yerinə oturdan, hətta qınına soxan əməkdaşlıqdır. Ermənistanla da münasibətlərdə bu nəzərə alınmalıdır. KTMT üzv dövlətlərində Rusiya bazasının olması vacib şərt deyil. Özbəkistan dünənə kimi bu quruma üzv olsa da, ərazisində hərbi baza yox idi və Rusiya belə bir hərbi baza yaratmaq barədə düşünmürdü.

İnteqrativ layihələr RF üçün uzun müddət həssas mövzu ola bilər. Bu səbəbdən RF-lə münasibətləri gərginləşdirməyin mənası yoxdur; Rusiyaya yeni tipli inteqrativ əməkdaşlıq layihələri təklif etmək olar. SSRİ dövründə fəaliyyət göstərmiş Qarşılıqlı İqtisadi Yardım Şurası ən yaxşı modeldir.

Rusiya ilə Azərbaycan arasında inteqrativ layihələr mövzusunun arxa plana keçirilməsi deyil, Azərbaycanın maraqlarına uyğun həllinin tapılması Azərbaycanın strateji inkişafının ən böyük stimullarından biridir. Müasir Azərbaycan indiki ərazi və əhalinin sayı ilə hüdudlanmamalıdır. Bu məsələlər Azərbaycan dövlətinin gözləmədiyi halda ortalığa çıxa bilər. Hər halda bu gün Azərbaycan Respublikası İranı parçalamaq uğrunda heç bir siyasət yürütməsə də, onun parçalanmasının qarşısını da ala bilməz. İranın başında oturanlar son illərdə antiiran, antimüsəlman, antiinsan siyasət aparırlar. Belə siyasət İranın daxilində yeni keyfiyyət yarada bilər. O zaman İrandakı azərbaycanlıların məsələsi təhdid və ya şirnikləşdirici faktor olaraq, Azərbaycan Respublikasının bu günkü siyasətini ciddi sürətdə dəyişdirə bilər. Ona görə də Rusiya və Azərbaycan xalqları arasında XXI əsrdə strateji əməkdaşlıq mövzusunun gündəliyə gətirilməsi vacib əhəmiyyətə malik ola bilər.

Bu ideya bizim mərkəz üçün yad ideya deyil, amma nümunə olaraq Qazaxıstanın atdığı addımı göstərmək istəyirik. N.Nazarbayev Rusiya ilə Qazaxıstanın XXI əsrdə strateji əməkdaşlığı haqqında müqavilənin imzalanmasına çalışır. Gömrük İttifaqının üzvü olan Qazaxıstan prezidentinin fikrincə, belə müqavilənin imzalanması həm də Qazaxıstan dövlətçiliyinin və onun müstəqilliyinin təminatçısı ola bilər.
“Azərbaycan MDB məkanında Azad Ticarət Zonasına qoşulmağa maraq göstərir” – MDB İcrayyə Komitəsinin katibi S.Lebedev. S.Lebedevin bu bəyanatını Azərbaycanın MDB məkanındakı Azad Ticarət Zonasına qoşulmaqdan hələ imtina etməməsi kimi başa düşmək daha düzgündür.
Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Qəbələ RLS-in avadanlığının böyük qisminin artıq Azərbaycandan çıxarıldığını bildirdi. Səfirin fikrincə, Rusiya hesab edir ki, Azərbaycandan milli azlıqların hüquqları pozulmur: “İstərdim hər kəs bilsin ki, Rusiya Azərbaycanda ləzgilər və avarlar kimi milli azlıqların hüquqlarının məhdudlaşdırılması barədə fikirləri dövlət səviyyəsində bölüşmür”.
Dərbənd şəhərinin mərkəzi küçəsinə Azərbaycan xaqlının ümumilli lideri Heydər Əliyevin adı verildi. Bu, erməniləri və ermənilərlə əməkdaşlığı olan bəzi etnik qrupları ciddi narahat edir.

RF-in etiraz etdiyi yeganə məsələ Transxəzər qaz kəmərinin çəkilməsidir. RF-in Aİ-dəki səfiri V.Çijov Azərbaycan və Türkmənistanın Xəzərlə bağlı əldə olunmuş razılaşmanı pozduğunu bildirdi. Səfirin fikrincə, Transxəzər qaz kəmərinin çəkilməsi təkcə bu iki dövlətə aid olmayıb, beş Xəzəryanı dövlət arasında konsensus yolu ilə həll olunmalıdır.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) analitik hesabatından

Teqlər:  

Xəbər lenti