İmtahandan azad olunan məktəblər - SİYAHI

İmtahandan azad olunan məktəblər - SİYAHI
  10 İyun 2013    Oxunub:1407
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adlarını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin məktəblər Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlat üçün), Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonundakı 116 nömrəli korlar və zəif görən uçaqlar üçün orta məktəb, Səbail rayonundakı 87 nömrəli orta məktəb, Suraxanı rayonundakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbidir.

Qeyd edək ki, məktəblərin siyahısı TQDK-nın rəsmi saytında yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti