Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  09 İyun 2013    Oxunub:1461
İstirahət gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-21, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16°, bəzi yerlərdə 7°-dək, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 15-20°, gündüz 28-33° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti