Çörək sexində yanğın

Çörək sexində yanğın
  08 İyun 2013    Oxunub:1216
Balakəndə çörək sexində yanğın hadisəsi baş verib.


AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Balakən rayonu, Qasbinə kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan çörək bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti