Qafqaz oyunlarında Yerevan – TƏHLİL

Qafqaz oyunlarında Yerevan – TƏHLİL
  19 Fevral 2013    Oxunub:3366
Ardı. Əvvəli burada

B. Qarabağ millətçiləri Yerəvanda hakimiyyəti ələ keçirirlər

1995-ci ildə Ümumxalq referedumu nəticəsində Ermənistanın konstitusiyası qəbul edildi. Prosesdə iştirak etmiş əsas partiyalar, hamısı diasporadan gəlməklə ultra-millətçi Daşnaksütun (Ermənistan inqilab federasiyası), Sosial Demokrat Hunçak Partiyası və Ramkazar-Azakatan partiyası idi. Konstitusiya demokratik seçkilər üçün zəruri olan əsas hüquq və azadlıqlara zəmanət verirdi. Lakin yaxın zamanların siyasi hadisələri, 2008-ci ilin mübahisəli prezident seçkilərinin də göstərdiyi kimi, qəddar avtoritar rejimin qurulmasına doğru davamlı və sərt axından qorxmağa əsas verdi.
ATƏT-in məlumatına görə, 1993-cü ildən bəri keçirilən hər bir seçki “ciddi qüsurlarla səciyyələnib və ümumiyyətlə beynəlxalq standartlara uyğun gəlməyib”. O vaxtdan bəri Avropa Şurası “demokratik seçkilərin aparılması üçün ATƏT-in öhdəliklərinə, Avropa Şurasına və digər beynəlxalq standartlara tam uyğunluğu təmin etmək məqsədilə” Venesiya Komissiyası vasitəsilə yeni seçki məcəlləsində təkmilləşdirməyə olan ehtiyacı bildirən bir neçə təlim keçib.
Lakin 1990-cı illərin sonundan bəri Ermənistanın siyasi mənzərəsində ən mühüm inkişaf Dağlıq Qarabağ xəstəliyi olan siyasətçilər tərəfindən hakimiyyətin proqressiv monopolizasiyası olaraq qalır. Xatırlamaq lazımdır ki, Ermənistanın demokratik yolla seçilmiş ilk prezidenti Levon Ter-Petrosyan münaqişə ilə bağlı guya Azərbaycana güzəştə getməyə razı olduqdan sonra istefaya getməyə məcbur edildi. 1998-ci ildə o, öz baş naziri, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) keçmiş prezidenti Robert Koçaryanla əvəz edildi. Onun ilk verdiyi qərarlardan biri sələflərinin milli təhlükəsizlik üçün təhlükəli hesab etdiyi ultra-millətçi Daşnaksütun partiyasına qoyulmuş qadağanın aradan qaldırılması oldu. Üstəlik Prezident Koçaryan 1999-cu ilin 27 oktyabrında ölüm saçan parlament atışmalarından öz hakimiyyətini möhkəmləndirmək və qanunverici orqanın səlahiyyətlərini əlindən almaq üçün öz xeyrinə istifadə etdi.
Baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan da daxil olmaqla 8 siyasətçinin Daşnaksütun fəalı Nairi Hunanyanın başçılığı altında komandanlıq tərəfindən öldürüldüyü Parlament qırğınının daha bir nəticəsi isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların donması oldu. Qeyd etmək lazımdır ki, qətl ABŞ Dövlət Katibinin müavini Strob Talbotun Ermənistandan getməsindən yalnız bir neçə saat sonra baş tutdu. O, İrəvana ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş sülh planını müdafiə etmək üçün gəlmişdi. Təkliflərin heç bir zaman ictimaiyyətə rəsmi olaraq açıqlanmamasına baxmayaraq, bu hadisələr danışıqlarda yeni bir çıxılmaz vəziyyət yaratdı. Keçmiş Müdafiə naziri və Baş nazir Stepanakertdən olan Serj Sarqisyan mübahisəli 2008-ci il seçkilərindən sonra Robert Koçaryanı əvəz etdi. Bu, Qarabağ siyasətçilərinin ölkədə üstünlüyünü vurğulamaq demək idi.

C. Ermənistan diplomatik ritorikasının əsas tərkib hissəsi

Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermənistanın mövqeyi Konqresdə erməni lobbisinin fəaliyyəti nəticəsində Birləşmiş Ştatlar da daxil olmaqla media vasitəsilə geniş şəkildə bütün dünyaya çatdırılırdı. Üstəlik, Dağlıq Qarabağda işğalçı qüvvələrin çıxarılması üçün beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərinə baxmayaraq, Azərbaycan qaçqınlarının taleyi daha çox Azərbaycana məlum idi. Bundan əlavə, Ermənistanla heç bir sərhədi olmayan Dağlıq Qarabağın coğrafi mövqeyi, İrəvanın iddia etdiyi torpaqla koridor qurması üçün Azərbaycan ərazisinin daha böyük hissəsini işğal etməsinə səbəb oldu. Beynəlxalq hüququn bu cür öncədən düşünülmüş və şüurlu pozuntuları, eləcə də hərbi əməliyyatların humanitar nəticələri beynəlxalq aləmdə Ermənistanın mövqeyini zəiflətdi. Bu, BMT Təhlükəsizlik Şurasının döyüş əməliyyatlarının dayandırılmasını və işğal edilmiş Azərbaycan rayonlarından işğal qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə gətirib çıxardı.
Bu səbəbdən Ermənistan eyni zamanda regionda təcrid olunmuş və yeganə birbaşa sərhəd müttəfiqi kimi dərhal İran ortaya çıxmışdır. Yüksək faizlə etnik azərbaycanlı əhalisi olan islam ölkəsi olmasına baxmayaraq, erməni hücumçularından qaçan Azərbaycan qaçqınlarının Araz çayını keçməsi üçün kömək etməyə İran həqiqətən də çox az maraq göstərdi. İran onların azərbaycanlı əhali ilə daha da çox “qardaşlaşma”sından qorxdu. İran İraqa qarşı apardığı 1980-1988-ci illərin müharibəsindən sonra qərb sərhəddində hələ də özünü bərpa etməkdə idi və Əfqanıstandan gələn qaçqınların böyük axını ilə məşğul olmalı idi. Bu səbəbdən o, Qarabağ münaqişəsinin qızışmasını öz daxili təhlükəsizliyi üçün bu dəfə şimaldan gələn yeni bir təhlükə kimi görürdü.

VI. ABŞ-ın yardım proqramlarının təhlükəyə məruz qalması

A. Uzun və dayanıqlı əməkdaşlıq

1991-ci ildə Ermənistan müstəqil olduqdan sonra Birləşmiş Ştatlar bir neçə yardım proqramı irəli sürməklə inkişaf və humanitar yardım üçün ölkəni 2 milyard dollara yaxın vəsaitlə təmin etdi. ABŞ Dövlət departamenti “totalitarizm və planlaşdırılmış iqtisadiyyatdan demokratiya və açıq bazara keçidin çətin dövrü ərzində” doğrudan da ölkəyə kömək göstərmək istəyirdi. USAİD əsas humanitar yardımı təmin etmək və iqtisadi, siyasi, sosial dəyişikliklərə dayaq məqsədilə çoxsaylı inkişaf proqramları nəzərdə tutmuşdur. Maliyyə yardımını çatdırmaq üçün bir neçə mexanizm genişləndirildi, lakin bu əsasən 1992-ci ilin oktyabrında Azadlığı Müdafiə Aktı (Rusiyaya və yaranmaqda olan Asiya demokratiyalarına və açıq bazarlarına Azadlıq) ilə baş tutdu. 2006-cı ildə Ermənistana həm də kənddə yoxsulluğun azaldılması üçün 235 milyon dollar “Minilliyin Çağırışı Sazişi” (MCC) verildi. USAİD həmçinin Dağlıq Qarabağa illik yardım üçün 2 milyon dollar vəsait ayırdı.
İnkişafa yardımdan əlavə, Birləşmiş Ştatlar həmçinin Ermənistanla ticarət əlaqələrini yaxşılaşdırmağa çalışırdı. 1992-ci ildə iki ölkə həmçinin qarşılıqlı faydalı əlaqələrə əsas hazırlayaraq “Ticarət Əlaqələri haqqında Saziş”, “İnvestisiyanın Stimullaşdırılması Sazişi” və “İnvestisiyanın Qarşılıqlı Həvəsləndirilməsi və Müdafiəsi” haqqında müqavilə imzaladılar. 1999-cu ildə, hər iki ölkə iqtisadi əlaqələrini dərinləşdirmək üçün ildə iki dəfə görüşməli olmaqla ikitərəfli komissiya təsis etdilər. Hazırda Ermənistanda 70-ə yaxın ABŞ şirkəti var və Coca Cola, Microsoft, IBM, Dell kimi böyük Amerika firmaları ölkəyə investisiya qoyur. Bundan başqa, Dövlət Departamenti və Ermənistanın Enerji Nazirliyi 2011-ci ilin iyulunda alternativ və ənənəvi enerji ehtiyatlarına dair Anlaşma Memorandumu imzalayıblar.
Bu arada, Ermənistan ABŞ-la sıx əlaqələrini daha da böyütmək üçün bir neçə təşəbbüsə cəhd etdi. Ermənistan 2003-cü ildə ABŞ-ın başçılığı ilə İraqa müdaxiləni dəstəkləməməsinə baxmayaraq, 2005-ci ilin əvvəlindən 2008-ci ilin sonunadək İraqda 46 əsgərdən ibarət güclü sülhyaradıcı birləşmə saxladı. 2009-cu il yanvarın 14-də, Prezident Corc U. Buş erməni həmkarı Serj Sarqisyana bu hərbi xidmətə görə “Birləşmiş Ştatların dərin minnətdarlığı”nı ifadə edən məktub göndərdi. Eynilə NATO da 2011-ci il iyunun 11-də “beynəlxalq təhlükəsizliyə yardım qüvvələri (ISAF) çərçivəsində Əfqanıstanda xidməti və erməni sülhməramlılarının sayını artırmaq haqda qərara görə” Ermənistana təşəkkür etmişdir. ISAF-ın son hesablamalarına görə, hazırda ölkədə 126 erməni əsgəri iştirak edir.

B. Erməni diasporasının gücü

Qəbul edilmiş rəqəmlərə görə, hazırda Birləşmiş Ştatlarda əksəriyyəti Massaçusets və Kaliforniyada olmaqla 1,5 milyon erməni əsilli əhali yaşayır. Bu, nisbətən kiçik icma, əsasən, ortaq müəssisələr və xeyriyyə fondları vasitəsilə erməni iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Buna misal olaraq, Spitak zəlzələsindən sonra 1989-cu ildə Las-Veqas milyarderi Kirk Kerkorian tərəfindən yaradılan Linsi fondunu göstərmək olar. Bu fond 2011-ci ilə qədər müxtəlif xeyriyyə proqramlarına və iqtisadi inkişaf layihələrinə yüz milyonlarla dollarlar ayırmış, Ermənistanda sosial və siyasi abu-havanın pisləşməsi ilə fəliyyətini dayandırmışdı.
ABŞ-Ermənistan münasibətlərinin gələcəyi üçün erməni təşkilatlarının Amerikada siyasi aktivliyi və lobbiçilik fəaliyyətləri daha önəmli idi. İki erməni lobbisi – Amerikanın Erməni Milli Komitəsi (AEMK) və Amerika Erməni Assambleyası (Assambleya) Ermənistana ABŞ yardımının artırılması, Dağlıq Qarabağın müstəqilliyinin tanınması və erməni genosidinin inkarının cinayət hesab olunması üçün təkidlər edərək Konqresdə doğrudan da möhkəm əlaqələr yaratmağa nail olublar. Erməni İnqilab Federasiyasının kökü olan AEMK Türkiyə ilə əlaqələri əngəlləməyə və Xəzər dənizi neftinin ixracına kömək edən boru kəmərlərinin ABŞ tərəfindən maliyyələşdirilməsinin qarşısını almağa da çalışmışdı. Erməni lobbiləri bu məqsədlərə nail olmadılar, lakin hələ də Kapitolidə Ermənistanın maraqlarının müdafiəsi üçün müxtəlif çoxsaylı üsullardan istifadə etməkdədirlər.
Erməni lobbisinin Cənubi Qafqazın geostrateji vəziyyətinə təsir etməsinə ən mühüm dəlil Azadlığı Müdafiə Aktına 907-ci maddənin 2002-ci ilə qədər saxlanması oldu. Xatırlatmaq lazımdır ki, bu qərar Azərbaycana birbaşa ABŞ yardımından yararlanmağı qadağan edir; bu, keçmiş Sovet respublikalarından təkcə Azərbaycana şamil edilir. Bu, Azərbaycanın Ermənistana embarqosuna cavab olaraq 1992-ci ildə Klinton administrasiyası tərəfindən qəbul edilmişdi və Vaşinqtonda türkmeyilli təşkilatlar və neft şirkətləri tərəfindən güclü lobbiyə baxmayaraq 2011-ci ilin sentyabrına qədər dəyişilməz olaraq saxlanmışdı. Qeyd etmək lazımdır ki, 907-ci maddə 1997-ci ildə qəbul edilmiş və Qafqazda və Mərkəzi Asiyada artan İran təsirinə qarşı 1999-cu ildə təzələnmiş “İpək Yolu Strategiyası” adlı aktla uyğun gəlmir. Ona görə də bu aktın 6-cı maddəsi Azadlığı Müdafiə Aktının 907-ci maddəsinə düzəliş etdi. Bununla “əgər Birləşmiş Ştatların milli maraqlarına uyğundursa, Prezident Azərbaycan hökumətinə yardım edilməsinə qoyulmuş qadağaları aradan qaldırmaq səlahiyyəti ilə təmin edilirdi”.

C. Ermənistana qarşı artan ABŞ narazılığı

Amerika yardım proqramlarının ölkənin siyasi durumundan və demokratik nailiyyətlərindən asılı olmayaraq çiçəklənmişdi. Lakin bir sıra hadisələr Birləşmiş Ştatları Ermənistana qarşı mövqeyi barədə yenidən düşünməyə təhrik etdi. İlk hadisə İrəvan küçələrində polis və etirazçılar arasında şiddətli toqquşmalara səbəb olan 2008-ci ilin mübahisəli prezident seçkiləri oldu. Bu hadisələrə qarşılıq olaraq, ABŞ Minilliyin Çağırış Korporasiyası kənd yollarının bərpası üçün nəzərdə tutulmuş 67 milyon dollarlıq layihəni 2009-cu ilin mayında dondurmağa qərar verdi və bu məsələdə Ermənistan hökumətini cavabdeh bildi. Dövlət Departamenti 2008-ci ilin fevralında prezident seçkilərində baş vermiş qanunsuzluqlar barədə daha əvvəl məlumat vermişdi və bu İrəliləyən Azadlıq və Demokratiya Hesabatlarında “əhəmiyyətli dərəcədə pozulmuş” kimi təsvir edilmişdi. Başqa bir qarşıdurma Amerika-Ermənistan münasibətlərini artıq 2008-ci ilin dekabrında korlamışdı. 2010-cu ildə Vikiliks tərəfindən yayılmış diplomatik “sirr” olan teleqrama görə, dövlət katbinin keçmiş müavini Con Neqropont prezident Serj Sarqisyana İraqda döyüşən şiə hərbi birləşmələrinə erməni silahlarının ötürülməsi səbəbindən Amerikanın dərin narahatlığını ifadə edən məktub yazmışdır. Bu məktuba görə, Bolqarıstanda alınmış silahların ötürülməsi “İraqda ABŞ əsgərlərinin ölümü və yaralanması ilə nəticələnmişdir”. Daha sonra İrəvandakı ABŞ səfirliyi erməni hökumətindən bu məktuba “sərt reaksiya” barədə Dövlət departamentini xəbər vermişdir. Səfirlik, həmçinin əlavə etmişdir ki, xarici işlər naziri Eduard Nalbandyan “ABŞ-ın hərəkətlərinin Ermənistanı öz xarici siyasətində bütövlükdən əl çəkməyə məcbur edə bilməsini və Rusiyanı dəstəkləyə biləcəyini” iddia etmişdir.
Hər iki tərəf münasibətlərində hər hansı problemin olmasını açıq-aşkar inkar etmişdir və Hillari Klinton bildirmişdir ki, bu cür sızmalar ABŞ-ın öz müttəfiqləri ilə münasibətlərinə təsir göstərə bilməz. Lakin bu qarşıdurmalar sübut etdi ki, Tehranla inkişaf edən yaxın əlaqə Ermənistan üçün heç də risksiz deyil. Əslində İranın nüvə proqramı ətrafında artan gərginliklər və Xəzər dənizinin hidrokarbon ehtiyatlarının böyüyən strateji əhəmiyyəti bölgədə ABŞ siyasətinin prioritetlərini dəyişmişdir. Nəticə etibarilə, 2013-cü maliyyə ili üçün nəzərdə tutulmuş ABŞ büdcəsi Ermənistana iqtisadi yardımı 19% ixtisar etməyə çağıraraq 27 milyon 219 min dollar ayıracaq. Amerikanın Ermənistan Milli Komitəsinin icraçı direktoru Aram Hamparian “Türk və Azərbaycan ikili blokadalarının dağıdıcı iqtisadi zərbələrinə baxmayaraq” Obamanın yardımı ixtisar etməsinə təəssüflənir.

VII. 2008-ci il Gürcüstan müharibəsinin nəticələri

A. Cənubi Qafqazda yeni siyasi düzən


2008-ci il yayın ortalarında Rusiya tanklarının Cənubi Osetiyaya daxil olması ilə Moskva təkcə özünün Qafqaz regionunda “təbii hüququnun” təsdiqinə işarə etmədi, həm də Sovet imperiyasının süqutundan sonra regionda Qərbə meylliliyə çox həlledici son qoydu. Hərbi böhrandan altı ay əvvəl Gürcüstan və Ukrayna Buxarest Sammitində NATO-nun formal bağlılığa yol açacaq Üzvlük Hərəkatı Planına qoşulacaqlarına ümid edirdilər. Lakin Avqust müharibəsi bu cəhdlərin süqutu kimi səsləndi və Birləşmiş Ştatların regiondakı müttəfiqlərini müdafiə etməkdə bacarıqsızlığını və ya həvəssizliyini sübut etdi. Rusiya qoşunları sonda məqsədlərinə - “Putin doktrinası”nın təsdiqinə və ya Sovet İttifaqının keçmiş ölkələri üzərində hökmranlığa nail olduqlarından Gürcüstan hökumətini devirmədən hərbi əməliyyatları dayandırdılar.
2008-ci il avqustda bir neçə gün ərzində Xəzər neftinin Qərb bazarlarına yeganə ixracat marşrutu Bakı-Novorossiysk boru kəməri olmuşdur. Rusiya qoşunlarının Bakı-Tbilisi-Ceyhan üzərində nəzarətə cəhd etməməsinə baxmayaraq, müharibə Türkiyədə avqustun 5-də baş verən partlayış nəticəsində dayanmış neft nəqlinin bərpasını yubatdı. 2008-ci ilin Avqust müharibəsi Rusiya və Gürcüstan arasında uzun müddət davam edən konfliktin sonu idi, lakin onun nəticələri regiondan uzaqlarda da hiss olundu.
Qeyd etmək lazımdır ki, müharibə keçmiş Sovet İttifaqındakı ərazi mübahisələri və separatçılığına doğru Rusiya diplomatik doktrinası üçün dönüş nöqtəsi oldu. 1999-cu il Kosova müharibəsinə cavab olaraq, Rusiya prezidenti Dmitri Medvedev 2008-ci il Avqustun 26-da Cənubi Osetiya və Abxaziyanı müstəqil respublika kimi tanıdı. Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını dəfələrlə bəyan etməsinə baxmayaraq , ermənilər bu müharibəni öz iddialarını müdafiə etmək üçün işarə hesab etdilər. Stepanakertdəki separatçı hakimiyyət “millətlərin öz müqəddaratını təyin etmə hüququnun əsas prinsiplərinə tamamilə uyğun olaraq, Cənubi Osetiya və Abxaziyanın dövlət müstəqilliyini tanınması faktını” alqışlayan bəyanat yaydılar.

B. Yerəvan Rusiya oyununda piyada oldumu?

Ermənistan müstəqil dövlətlər olaraq mövcud olduqları müddət ərzində Gürcüstanla mürəkkəb bir diplomatik əlaqə formalaşdırıb. Hər iki ölkənin əslində Birləşmiş Ştatlar və Rusiya ilə əlaqələrində əks baxışları var. İllər boyu Tbilisi özünü daha açıq formada Vaşinqtonla eyni mövqedə tutmağı seçib. Eyni vaxtda İrəvan həm ikitərəfli əsasda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qurulmasında Moskva ilə hərbi əlaqələrə üstünlük verməyi davam etdirib. Biz daha əvvəllər Ermənistanın sülh naminə tərəfdaşlıq daxilində qoşunlarını İraq və Əfqanıstana göndərərək, ABŞ və NATO ilə də əməkdaşlığını inkişaf etdirdiyinin şahidi olmuşuq. Lakin Ermənistan heç vaxt Demokratiya və İqtisadi İnkişaf üçün əsasən anti-Rusiya blok kimi seçilən Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət GUAM təşkilatına qoşulmayıb.
Bundan başqa Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin işə salınması Gürcüstanı Qafqaz enerji dəhlizinin açar elementi etdi. Bu yolla, Gürcüstan Azərbaycanın qərb bazarlarına hidrokarbon ehtiyatlarını ixrac etmək və özünü rus tranzit infrasturuktur ehtiyacından azad etməklə iqtisadi çəki qazanmasına yol açdı. 1991-ci ildən enerji siyasəti Azərbaycanın dövlət qurulucuğunda həlledici amil olub. Xüsusilə də, donmuş Dağlıq Qarabağ konflikti şəraitində, Azərbaycanın enerji ixracını sarsıtmaq üçün edilən istənilən cəhdlər Bakıda bir mənalı olaraq milli təhlükəsizliyə hədə kimi görülmüşdür.
Bu yanaşmaya görə, Gürcüstan müharibəsi Ermənistan üçün strateji inkişaf oldu, çünki bu müttəfiqlərin öz maraqlarına əks olan şəbəkəsini sarsıtdı. Bu həmçinin özünü həm tarixi müttəfiqi Amerikadan, həm də başlıca rus ticarət ortağından üstün tutmaqla risk edən Türkiyənin regional mövqeyini də sarsıtdı. Bu, İrəvan və Ankara arasındakı nizama salma prosesinin dayandırılmasına gətirib çıxardı. Ankaranın bu zəifləməsindən istifadə edən Rusiya onu Ermənistan ilə mümkün dostluq münasibətlərinin tənzimlənməsinə məcbur etdi. Bu həm də İrəvanı iqtisadi təchizatını sığortalamaq üçün Moskva-Tehran blokuna etibar etməyə təhrik etdi.
Lakin bütün situasiya bir daha sübut etdi ki, regionda öz mövqeyini gücləndirmək üçün Rusiyanın tərəfində olmaqdan başqa seçimi yoxdur.

C. Tehranın strateji seçimlərinin möhkəmlənməsi

Yuxarıda müzakirə etdik ki, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləsi Moskvanın Qafqaz regionunun təbii lideri olduğunu təsdiq etmədi. Bu həmçinin Birləşmiş Ştatlar və Türkiyə tərəfindən yaradılmış ittifaq şəbəkəsi üçün də əngəl olaraq göründü. Baxmayaraq ki, bu, İranı və Ermənistanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa məcbur etmədi, müharibə nəticə etibarı ilə onların öz regional şəbəkəsini gücləndirdi. Müharibə neftini Ermənistanın hər iki müttəfiqi – Rusiya və İrandan ixrac etmək üçün Azərbaycanı müvəqqəti çıxış yolu tapmağa vadar etdi. Bu Türkiyəni də strateji maraqları üçün özünü təhlükəsiz hiss etməyə və AKP hökumətini özünün Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması (QSƏP) təşəbbüsünü təzələməyə məcbur etdi. Rusiya və Ermənistanın Dağlıq Qarabağda mövqelərini möhkəmləndirmək üçün Türkiyəyə təzyiqləri gücləndirməsi səbəbindən bu proses indiyədək iflasa uğrayıb. Bundan başqa, Ermənistan qeyd etdi ki, İranın iştirakı olmadan QSƏP öz məqsədlərinə nail ola bilməz. Aydın görünürdü ki, Ermənistanın Rusiya-İran-Ermənistan blokunda öz mövqeyini tərk etməyə və ya İranla xüsusi əlaqələrinə ziyan vuraraq Ermənistan-Türkiyə münasibətlərini inkişaf etdirməyə niyyəti yoxdur. Sonda, Türkiyə ilə münasibətlərin tənzimlənməsi “futbol diplomatiyası”nın yaradılmasından və çoxu diqqət xaricində qalan silsilə protokolların imzalanmasından uzağa getmədi.
2008-ci ilin Avqust müharibəsi Rusiya hərbi qüvvələri tərəfindən çox təsirli görüntü hesab edilərkən, bu həmçinin Ermənistan üçün də ilk baxışdan faydalı hesab edilə bilərdi.
Lakin bu, İrəvanın Moskva və Vaşinqton arasında balanslaşdırılmış əlaqənin qorunması barədə strateji məqsədinin necə olacağı sualını doğurdu. Rusiyanın müdaxiləsi ilə yaranmış yeni siyasi mənzərədə Ermənistan mövqeyini Moskva-Tehran blokunda möhkəmləndirmək kimi kiçik bir seçim qarşısında qaldı. Eyni vaxtda vəziyyət Moskvanın köməyini əldə etmək üçün İrəvanla yaxın olan Tehranın geostrateji imkanının möhkəmləndirdi.

VIII. “Düşmənimin düşməni mənim dostumdur” – Azərbaycan və İran arasında gərginlik

A. Türkiyəyə qarşı itaətsizlik.

1. SSRİ-nin süqutundan sonra regional tarazlıq


Osmanlı imperiyasının dağılması və tezliklə 1923-cü ildə Respublikanın yardılması ilə Türkiyə Qafqaz regionunda və Mərkəzi Asiydakı meyllərinə son qoydu. Süleyman Dəmirəlin Bakıya və Daşkəntə - o burada 1960-cı illərdə böyük izdiham tərəfindən qarşılanmışdı - səfərlərindən başqa Ankara XX əsr ərzində özünün şərqi qardaşlarının taleyinə xüsusi diqqət ayırmadı. Sovetlər Birliyi tərəfindən hazırki vəziyyət üçün qəbul edilmiş qərarlar üçün həlledici faktorlar İkinci Dünya Müharibəsindən əvvəl Türkiyə ilə yaxşı münasibətləri təmin etmək................ Bu qərarlar arasında Naxçıvan və Dağlıq Qarabağın Azərbaycan Respublikasının idarəçiliyi altında saxlanması vardı və bu 1921-ci ilin “Qardaşlıq və Dostluq Müqaviləsi”nin qərarı idi.
Hadisələrin bu gedişatı Sovetlər Birliyinin dağılmasından sonra köklü şəkildə dəyişdi. 1991-ci ildə Mərkəzi Asiyanın türkdilli respublikalarının dövlət başçıları öz qərbi “böyük qardaşından” dəstək almaq üçün Ankaraya səfərlərini çoxaltdılar. Öz növbəsində, Ankara öz Xarici İşlər nazirliyində “Türk dünyası” şöbəsi yaratdı və Hikmət Çətin, Süleyman Dəmirəl və Turqut Özal kimi məşhur türk siyasətçiləri əməkdaşlıq siyasətini inkişaf etdirmək üçün Bakı, Alma-Ata, Bişkek, Daşkən və Aşqabada işgüzar səfərlər təşkil etdilər. Bəzi müəlliflər Türkiyədə və keçmiş SSRİ-nin türkdilli xalqlarında hətta “neo-turançı ritorika”nın görünməsi haqda yazdılar.
Bundan başqa, İran təsirinin artacağı ehtimalına qarşılıq olaraq, Birləşmiş Ştatlar Türkiyəni bölgəyə daha çox cəlb etməyə çalışdı. Beləliklə, Sovetlər Birliyinin çökməsindən sonra diplomatik mənzərə bir-birinə zidd iki müttəfiqlər şəbəkəsinin formalaşmasına doğru meyil etdi: bir tərəfdən Şərq-Qərb geosiyasi xəttini çəkməklə Bakı, Tiflis və Ankaranı əlaqələndirən qərbyönümlü horizontal ox, digər tərəfdən Şimal-Cənub geosiyasi xəttini çəkməklə Moskva, İrəvan və Tehranı birləşdirən vertikal ox. Buna görə də bu gün Ermənistan və İrəvan Qafqazda və hətta Mərkəzi Asiyada Türkiyənin artan təsirinə qarşı öz rollarını bir daha hasar olaraq görürlər.

2. Daxili siyası dəyişikliklərin təsiri

Bu strateji istiqamətlər həm beynəlxalq öhdəliklərə, həm də yerli aktorların öz maraqlarına cavab verirdi. Lakin bir sıra daxili siyasi dəyişikliklər 1990-cı və 2000-ci illər ərzində mühüm dəyişikliklərə gətirib çıxardı. Daha əvvəl də gördüyümüz kimi, Azərbaycan, 1994-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Türkiyə və Rusiya arasında daha balanslaşmış mövqe tutdu. Bu ideoloji dəyişiklik ölkəyə Moskva ilə daha yaxşı menasibətləri təmin etməyə imkan verdi. Lakin İranla əlaqələr Xəzər dənizinin neft ehtiyatları barədə narazılıq səbəbindən gərgin olaraq qalırdı. Oxşar qayda ilə, Türkiyədə AKP-nin seçkilərdə qələbəsi Tehran və Ankara arasında yeni münasibətlər fəslinin açılmasına işarə idi. Avropa və amerikalı müttəfiqlərini arxayın etmək üçün Türkiyə İslamçılarının ehtiyac duyduqları cəsarətsiz başlanğıclardan sonra, Rəcəb Tayyib Ərdoğan hökuməti şərqi Şiə qonşuları ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə “qonşularla sıfır problem” siyasəti çərçivəsində bir sıra tədbirlər gördü.
2012-ci ilin Dekabrından bəri Ankara və Tehran dostluq bəyanatlarını və xoşniyyətli jestlərini çoxaltmış, Türkiyə hətta Braziliyanın danışıqlarda iştirakına nail olmaqla özünü İranın nüvə məsələsində Qərb müttəfiqlərindən məsafədə saxlamışdır.
Qəzza sahillərindəki Mavi Mərmərə hadisəsi İsrail ilə gərginliyi oyadaraq, Türkiyəni sonrakı “çoxistiqamətliliyə” doğru sürüklədi. Həmçinin qeyd edilməlidir ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən və İranda KAHP-ın görünməsindən sonra Türkiyə və İranın kürd millətçilərinə qarşı vuruşmaqda ümumi maraqları vardı. İqtisadi səviyyədə Türkiyə 2012-ci ilə qədər İrandan enerji idxalını artırmış və çoxsaylı İran şirkətləri Türkiyədə məskunlaşmışdır. Qeyd etməyə dəyər ki, bu, Ankara və İrəvan arasında yuxarıda adı çəkilən əlaqələrin mülayimləşdirilməsinə edilən cəhdlərlə eyni vaxtda olmuşdur.

3. Başlanğıca dönüş

Hələ də bir çox kooperasiya layihələri diqqətə alınmamışdır və iki ölkə heç vaxt müttəfiqlik yaratmamışdır. Ankaranın artan regional ambisiyalarını təsdiq etməsinə baxmayaraq, o keçmiş müttəfiqlərini – xüsusilə Qafqazda tam tərk etməmişdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı İranın neft ixracı ilə uzlaşmanı vurğulamışdı. Bundan başqa, Türkiyə beynalxalq sanksiyalara cavab olaraq son illərdə idxal mənbələrini müxtəlifləşdirmişdir. Ərəb baharı Türkiyə və İran arasında yeni bir çıxılmaz nöqtəyə səbəb olmuşdur. Tunis, Liviya və Misir rejimlərinin devrilməsi Rəcəp Tayyib Ərdoğana Qahirə, Tripoli və Tunisdə zəfər səfərləri ərzində öz regional meyllərini təsdiq edərək ərəb xalqına həmrəylik göstərməyə imkan vermişdir. Bundan başqa Ankara və Tehran başlıca olaraq dini fərqlərinə görə Suriya və Bəhreyn böhranlarına tamamilə zidd yanaşmalar nümayiş etdirdilər.
2012-ci ilin iyununda Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız bildirdi ki, ölkəsi gələcək üçün İrandan aldığı neftin həcmini azaltmağı, onu Səudiyyə və Liviya nefti ilə əvəz etməyi nəzərdə tutur. Nazir bəyan etmişdir ki, ölkənin başlıca neft şirkəti Tüpras artıq bir milyon tonluq neftin alışı üçün Liviya ilə razılaşmışdır. Bundan əlavə, o demişdir ki, Səudiyyə Ərəbistanı ilə neft ərazisinin alınmasına dair danışıqlar artıq yoldadır. Taner Yıldız bu məqamı da vurğulamışdır ki, əgər danışıqlar planlaşdırıldığı kimi uğurlu alınsa, Türkiyə Səudiyyə Ərəbistanından neft idxalının həcmini də artıracaq.
Taner Yıldız qeyd etdi ki, danişiqlar nəzərdə tutulduğu qaydada uğurlu başa çatdığı təqdirdə Türkiyə Səudiyyə Ərəbistanından idxal etdiyi neftin həcmini daha da artıracaqdır.
Bu günədək İran Türkiyyənin neftə olan tələbatının üçdə bir hissəsini, və ya gündəlik təxmini 200 000 barrel, ödəyir . Hər halda Ankara cari ilin ilk dörd ayı ilə müqayisədə gündəlik orta hesabla 210 000 barreli may ayında 140 000 barrelədək salmışdır. ABŞ-nın dövlət katibi Hilari Klinton oz razılığını bildirmək məqsədilə 11 iyun tarixində Hindistan, Malayziya, Cənubi Koreya, Cənubi Afrika, Şri-Lanka və Tayvan ilə yanaşı Türkiyyənin İranla iqtisadi əməkdaşlığa görə maliyyə sanksiyalardan azad edilən 7 ölkədən biri olduğunu elan etdi . Taner Yıldız Türkiyənin “müstəqil enerji siyasəti”nə malik olduğunu əlavə edərək İranla əməkdaşlıq səviyyəsinin aşağı düşməsinin heç bir “hüquqi əsası” olmadan Türkiyəyə qarşı tətbiq oluna biləcək ABŞ sanksiyalarla bağlı olmadığını vurğuladı .


Ardı burada



Teqlər:  





Xəbər lenti