“Milli Şuranı indidən tarixin arxivinə yazmaq olar”

“Milli Şuranı indidən tarixin arxivinə yazmaq olar”
  08 İyun 2013    Oxunub:1378
“Onlar bu gedişatla ancaq kağız üzərində qalacaqlar”.
Ötən gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının ilk təsis toplantısı keçirilib. Ziyalılar Forumunun rəhbəri, kinodramaturq Rüstəm İbrahimbəyov quruma sədr seçilib. Uzunmüddətli müzakirələrdən sonra yaranan qurum ətrafında müzakirələr hələ də səngimək bilmir. Şura üzvləri məqsədlərinə nail olacaqlarını desələr də,əksər deputatlar Milli Şuranın yaradılmasının heç bir əhəmiyyəti olmadığını və ictimai rəyə təsir göstərməyəcəyini deyir.

Millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, Milli Şuranı indidən tarixin arxivinə yazmaq olar : “Milli Şura 7 iyunda Azərbaycanda bir qrup müxalif qüvvələr tərəfindən yarandı. Böyük reklama baxmayaraq, bu sadəcə olaraq, cəmiyyətin müxalif bölgəsində bir hadisəyə çevrildi. O, Azərbaycan cəmiyyətində nə böyük maraq doğurdu, nə də ki,onun fəaliyyət proqramı, irəli sürdüyü liderlər cəmiyyətdə, ziyalılar arasında böyük maraq doğurmadı. Bu, da ondan irəli gəlir ki, Milli Şura cəmiyyətin sosial sifarişi ilə deyil, müxalif liderlərinin cəhdi nəticəsində yaranıb. Həmçinin həmin tərkibdə , həmin ideyalarda hələki yeni bir şey görmək mümkün deyil. Bəyannaməsi ümumi demokratik ibarələrdən ibarətdir”.

Millət vəkilinin sözlərinə görə, bugün Azərbaycan seçicisini öz məqamından döndərmək olmaz :

“Azərbaycan vətəndaşı siyasi fikir baxımından yetkindir. Onu hansısa şüarla cəlb etmək, əqidəsindən, məramından döndərmək çətin məsələdir. Ilk növbədə, Azərbaycan seçicisini proqram təklif edən insanların, onların Azərbaycan cəmiyyətində bu və ya digər məsələyə doğru tutduğu mövqe, Azərbaycan üçün nəsə edə biləcəkləri faktor maraqlandırır. Bunların heç biri Mlli Şura faktorunda görünmədi. Milli Şura əslində Azərbaycanda adları məlum olan, müxalif mövqedə duran insanların siyahısının tərtib edilməsidir. Həmin qrup insanlarla Azərbaycan cəmiyyəti onsuz da tanış idi, ancaq onların Azərbaycan üçün bir yenilik edəcəyi, Azərbaycanda demokratiyanın dərinləşdirəcəyi, ölkənin taleyinin öz çiyninə götürəcəyinə Azərbaycan seçicisi inanmır. Onların bir qismi vaxtilə hakimiyyətdə olub, özlərini doğrutmayıblar. Bir qismi popurist çıxışları və qeyri-adi adekvat hərəkətləri ilə yadda qalır. Bir sözlə, onların ciddiliyi və səmimiliyi böyük bir sual doğurur. Prinsipcə, demokratik ölkə olduğumuza görə, siyasi fəaliyyətlə məşğul olan insanların hansısa bir yeni təşkilat yaratması, bəyanatlar verməsi təbii bir haldır. Hesab edirəm ki, onlar Azərbaycandakı bu şəraitdən istifadə edib, bunu ediblər”.

A.Mirzəzadə qeyd edib ki, Millli Şuranın hakimiyyətə gəlmək məqsədi baş tutmayacaq :

“Onların qarşısına qoyduğu məqsəd, hakimiyyətə gəlmək , cəmiyyətin etimadını qazanmaq, onun adından danışmaq, bu, onlarda alınmayacaq.

“Həmin strukturun yaranmasında sosial sifariş yoxdur. Azərbaycanda iqtidarın və iqtidarın siyasi təşkilatı Yeni Azərbaycan Partiyasının (YAP)siyasi nüfuzu həddindən artıq böyükdür və seçkilərdə onun yenidən qalib gələcəyi gözlənilir. Ən əsası isə bu gün cəmiyyət birmənalı şəkildə prezident İlham Əliyevin siyasi kursunun davam etdirilməsində maraqlıdır. Mili Şuranı eyni insanlar, eyni şüar, eyni düşüncə yaratdığına görə onun gələcəyi barəsində proqnoz vermək olar. Prezident seçkisinə qədər onlar birlik nümayiş etdirməyə çalışacaqlar. Prezident seçkisindən sonra parçalanma baş verəcək. Bir sıra qüvvəllər ordan çıxacaq. Bir-birini ittiham etməyə başlayacaqlar. Milli Şuranın əldə etdiyi azacıq bir nəticəni ora daxil olan əsas qüvvələrin hər biri öz adına çıxartmağa çalışacaqlar. Əvvəlki illərdə olduğu kimi, Azadlıq və digər Azərbaycan blokları kimi, bu blok da seçkidən sonra artıq əhəmiyyətini itirəcək və tarixin arxivinə yazılacaq. Principcə, Mili Şuranı indidən tarixin arxivinə yazmaq olar. Bu gün mətbuat orqanlarında gedən yazılar, cəmiyyətdə ziyalılar arasında gedən söhbətlər də Mili Şuranın qeyri-ciddi qəbul edildiyi artıq birmənalı görünür”-deyə millət vəkili bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, belə bir qurumun yaradılmasının Yeni Azərbaycan Partiyası (YAP ) üçün heç bir əhəmiyyəti yoxdur :

“Milli Şuranın yaranmasının bizim üçün elə bir əhəmiyyəti yoxdur. Yaranıb yaranıb da. Burada qeyri-adi heç nə yoxdur. Bu qurumun ictimai rəyə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Onlar bu gedişatla ancaq kağız üzərində qalacaqlar, hansısa bir nəticə verəcək belə bir fəaliyyət gözləmirəm. Kağız üzərində qalıb, arxivə də verilə bilər. Biz azad, demokratik ölkəyik, azad seçkilər olacaq,buyub gəlsinlər,onları gözləyirik”.

Millət vəkili Fəzail Ağamalı da həmkarları ilə eyni fikirdədir . Onun sözlərinə görə,Milli Şura Rusiyanın Azərbayacanda reallaşdırmaq istədiyi bir layihədir : “Məqsədi Milli Şuranı hakimiyyətə gətirmək və ondan öz niyyətləri üçün istifadə etməkdir. Orada təmsil olunanların içərisində Rüstəm İbarahimbəyovun fikrini birmənalı dəstəkləyənlər də , tərəddüd edənlər də də var . Ehtimal var ki, Milli Şuradan gələcəkdə Azərbayacan xalqının nifrətini qazanmamaq üçün çıxmaq arzusunda olanlar da olsun. Kim Milli Şuranın yanındadır o,əslində Azərbaycanın milli suverenliyinin əleyhinədir və bu proje Azərbaycanda seçkilərin demokratik keçirilməsinə xidmət edən layihə deyil. Bu hakimiyyətə qarşı düşmən münasibət bəsləyən , mövqe sərgiləyən insanların birliyindən başqa bir şey deyil. Nəticə etibarı ilə Rusiyanın maraqlarına xidmət edir”-deyə F. Ağamalı bildirib.

Aynur Musayeva



Teqlər:  





Xəbər lenti