Ədliyyə və miqrasiya orqanlarında işləmək istəyənlərin nəzərinə

Ədliyyə və miqrasiya orqanlarında işləmək istəyənlərin nəzərinə
  08 İyun 2013    Oxunub:5353
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 9-da Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 287 nəfərin namizədliyi qeydə alınıb.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 saat davam edəcək. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
Eyni zamanda, Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı Ədliyyə Nazirliyi ilə birlikdə iyunun 9-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayıb və iyun ayının 4-də başa çatıb. İmtahanda iştirak etmək üçün 544 nəfərin namizədliyi qeydə alınıb. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb); 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).
Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.


Teqlər:  





Xəbər lenti