Zorakılığa qarşı tədbir keçiriləcək

  Zorakılığa qarşı tədbir keçiriləcək
  08 İyun 2013    Oxunub:1175
Tədbir Avropa Şurasının “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata keçirilir.
Azvision.az xəbər verir ki, İyunun 11-də Milli Məclisin AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı – cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək. Tədbir Avropa Şurasının “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata keçirilir.
Tədbirdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri, AŞPA sədrinin müavini Səməd Seyidov, millət vəkili, qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi söyləyəcəklər.
Konfrans çərçivəsində AŞPA-nın xüsusi Alt komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, uşaqlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçiriləcək.
“Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası” parlament üzvləri üçün vəsait şəklində dərc edilib. Tədbirin yekununda kitabın təqdimatı olacaq.

AzVision.az




Teqlər:  





Xəbər lenti