Paytaxtda qaz məhdudiyyətlə veriləcək

Paytaxtda qaz məhdudiyyətlə veriləcək
  08 İyun 2013    Oxunub:923
Təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 09:00-dan 18:00-dək "Bakıxanov", "Nərimanov", "Binəqədi 11 saylı İƏM" ölçü qovşaqlarından və "30-cu sahə" Qazpaylayıcı Stansiyasından qazın verlişi dayandırılacaq.
ARDNŞ-in məlumatına görə, eyni zamanda saat 10:00-dan 14:00-dək isə "Digah" Qazpaylayıcı Stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nizami və Nərimanov rayonlarının bütün yaşayış məntəqələrinə, həmçinin Binəqədi və Abşeron rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti