Şotlandiya Britaniya qarşı: `AB-dən çıxmaq istəmirik`

Şotlandiya Britaniya qarşı:	`AB-dən çıxmaq istəmirik`
  27 İyul 2015    Oxunub:1498
Şotlandiya hökuməti Britaniyanın Avropa Birliyində qalıb-qalmaması ilə bağlı keçirəcəyi referendumdan çox narahatdır.

AzVision.az “Euronews”a istinadən bildirir ki, Şotlandiyanın Baş Naziri Nikola Sturgeon Brüsselə səfəri zamanı Britaniyanın Avropa İttifaqı tərkibində qalmasının Avropa ölkələrinin maraqlarına cavab verdiyini bildirib, amma Londonun İttifaqdan çıxmaq istəyinə tərəfdar olmadığını qeyd edib.

Həmçinin o, əlavə edib ki, əgər İngiltərə vətəndaşlarının böyük bir hissəsi Avropa Birliyindən çıxmaqla bağlı “Hə” desələr, nəticədə Britaniya Birliyi tərk etsə, o zaman Şotlandiya özü Avropa İttifaqını təkrar qazanmağa çalışacaq.

“Prosesi dayandırın, bizim Avropa İttifaqından çıxmaq kimi bir fikrimiz yoxdur. Biz öz-özümüzdən bir də soruşmalıyıq ki, bəs, Şotlandiya olaraq Avropa Birliyinin üzvü olmağa razıyıqmı?” – deyə Şotlandiya baş nazir məsələ ilə bağlı Britaniya hökumətinə səslənib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti