Ərdoğandan Putinə kritik zəng - İŞİD məsələsi
Ərdoğan və Putin Türkiyədə törədilmiş terror aktları başda olmaqla regionda baş verən prosesləri müzakirə ediblər.
Putin Şanlıurfanın Suruç rayonunda baş verən terror aktı zamanı ölən mülki vətəndaşların və daha sonra şəhid edilən polis və əsgərlərə görə Ərdoğana başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Ərdoğan Suriyadakı xaosun Türkiyənin beynəlxalq güvənliyini təhdid etdiyinə işarə edərək bildirib ki, İŞİD terrorçu qruplaşmasının Suriyadakı bəzi mövqeləri bu günlərdə bombardman edilib.
Telefon danışığı zamanı prezidentlər noyabr ayında Antalyada reallaşacaq G-20 Zirvə Görüşü çərçivəsində ikitərəfli görüşlər keçirmək, regional problemlərin həlli istiqamətində birgə səylər göstərmək və digər məsələləri müzakirə ediblər.