İranın 100 milyard dolları qaytarılır?
Mütəxəssislər bildiriblər ki, İranın üzərindən sanksiyaların qaldırılması, ABŞ və Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalarla iqtisadiyyatı beynəlxalq maliyyə sistemindən çıxarılan İranın xarici banklarda dondurulan 100 milyard dollarının geri qaytarılması məsələsini gündəmə gətirəcək.
“Bununla İranın beynəlxaq bazarlara inteqrasıya olunması sürətlənəcək”-deyə, mütəxəssislər qeyd edib.
Ekspertlər bildirib ki, İran bu pulla ölkəsinin iqtisadiyyatını və xalqın rifahının yaxşılaşdırılması məqsədilə investisiyalar ayıra bilər.
Bundan əlavə, ekspertlər vurğulayır ki, 5-10 il müddətinə qaytarılması planlaşdırılan pullarla Qərb İrana olan güvəninin bərpa olunmasına gözləyəcək.
Onu da əlavə edək ki, iyulun 14-də İranla “Altılıq” ölkələri arasında iyunun 30-dan bəri davam edən müzakirələrdən sonra razılıq əldə edilmişdi.
İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməməyə razılıq vermişdi.(oxu.az)
Teqlər: